. Love.az

Tofiq Qehremanov - Wikipedia - Love.az

Ana Səhifə - Tofiq Qehremanov
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Qəhrəmanov.

Tofiq Qəhrəmanov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strateji inkişaf üzrə vitse-prezidenti (2010–2021)

Tofiq Qəhrəmanov
Şəxsi məlumatlar
Doğum tarixi 1953
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

Qəhrəmanov Tofiq Ridvan oğlu 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1976-cı ildə M. Əzizbəyov adına Azərbaycan neft və kimya institutunu (Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-elektrik ixtisası üzrə bitirmişdir.

1976–1983-cü illərdə Vladimir İliç adına Yeni Bakı Neftayırma Zavodunun (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) İnformasiya-hesablama mərkəzində mühəndis vəzifəsində işləmiş, zavodun komsomol komitəsinin katibi olmuşdur.

1983–1990-cı illərdə keçmiş partiya təşkilatlarında — əvvəlcə Nizami rayon Partiya Komitəsində, sonra Bakı şəhər Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. 1990–1991-ci illərdə Vladimir İliç adına Yeni — Bakı Neftayırma Zavodunda direktor müavini, 1991–1993-cü illərdə zavodun təsis etdiyi "Azinteroil" Birgə Müəssisəsinin Baş direktoru işləmiş, 1994–1998-ci illərdə isə özəl bizneslə məşğul olmuşdur.

1998–2006-cı illərdə "Azərneftyanacaq" İB-də texniki—iqtisadi şöbənin, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda iqtisadi əməliyyatlar və investisiyalar şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Emalın strateji inkişafı şöbəsinin rəisi, 2007–2010-cu illər ərzində isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olmuşdur.

2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strateji inkişaf üzrə vitse-prezidentidir. 2021-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.

2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür. Yeni Azərbaycan Partiyasının üzvüdür.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tofiq_Qəhrəmanov&oldid=7140576"
LOVE.AZ