. Love.az

Toktar Ebubekirov - Wikipedia - Love.az

Ana Səhifə - Toktar Ebubekirov

Toktar Əubəkirov (qaz. Тоқтар Оңғарбайұлы Әубәкіров; rus. Токтар Онгарбаевич Аубакиров; 27 iyul 1946, Karkarali rayonu[d], Karağandı vilayəti) — təqaüdçü Hava Qüvvələri zabiti və keçmiş kosmonavt. Sovet İttifaqı Qəhrəmanı (1988).

Toktar Əubəkirov
qaz. Тоқтар Оңғарбайұлы Әубәкіров
Ölkə
  •  SSRİ
  •  Qazaxıstan
Hərbi rütbəsi general-mayor
Doğum tarixi 27 iyul 1946(1946-07-27) (78 yaş)
Doğum yeri
  • Karkarali rayonu[d], Karağandı vilayəti, Qazaxıstan SSR, SSRİ
Mükafatları Sovet İttifaqı Qəhrəmanı — 1988 Qazaxıstanın Xalq Qəhrəmanı — 1995
Honour in Gold for Services to the Republic of Austria (Avstriya) — 1993 "Lenin" ordeni — 1988 "Oktyabr inqilabı" ordeni — 1991 "Şərəf nişanı" ordeni — 1981 "Kosmosun öyrənilməsində xidmətlərinə görə" medalı (Rusiya) — 2011 "Vətən" ordeni (Qazaxıstan) — 1995
Qazaxıstanın pilot-kosmonavtı — 1994 SSRİ pilot-kosmonavtı — 1991
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Test pilot karyerası
  • 3 Kosmonavt kimi
  • 4 Mükafatları
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Toktar Əubəkirov 1946-cı ilin 27 iyulunda Qazaxıstan SSR-nin Karağandı oblastında anadan olmuşdur. 8 illik orta məktəbi bitirdikdən sonra Temirtau tökməxanasında işləməyə başlamışdır. 1965-ci ildə Armavir Hərbi Aviasiya İnstitutuna qoşulmuşdur. 1975-ci ildə M. Qromov Test Pilot Məktəbinə qəbul olunana qədər SSRİ Hava Qüvvələrində Uzaq Şərq sərhədlərində döyüş pilotu kimi xidmət vermişdir.

Test pilot karyerası

redaktə

1976–1991-ci illərdə test pilotu kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində 50-dən çox təyyarə tipini sınaqdan keçirmişdir. SSRİ-də şimal qütbünü keçən ilk pilot olmuşdur.

Kosmonavt kimi

redaktə

1991-ci ildə SSRİ və Qazaxıstan SSR arasındakı müqaviləyə əsasən Qaqarin Kosmonavtika Təlim Mərkəzində məşq etməyə başlamışdır. 2 oktyabr 1991-ci ildə rus kosmonavtı Aleksandr Volkov və avstriya kosmonavtı Frans Fibeklə Baykonur aerodromundan qalxan Soyuz TM-13 gəmisi ilə kosmosda 7 gün 22 saat 12 dəqiqə vaxt keçirmişdir.

Mükafatları

redaktə
 
Qazax markasında
  • "Şərəf nişanı" ordeni — 1987
  • Sovet İttifaqı Qəhrəmanı — 1988
  • Lenin ordeni — 1988
  • Avstriya Respublikasına xidmətlərinə görə Şərəf ordeni (2) — 1988, 1993
  • Əməkdar SSRİ Test pilotu — 1990
  • SSRİ Pilot-kosmonavtı — 1991
  • "Oktyabr inqilabı" ordeni — 1991
  • Qazaxıstan Pilot-kosmonavtı
  • Qazaxıstan Xalq Qəhrəmanı — 1995
  • Otan ordeni — 1995
  • "Kosmosda Tədqiqat" ləyaqət medalı — 12 iyul 2011

Xarici keçidlər

redaktə
  • Spacefacts
  • Test pilotları Arxivləşdirilib 2003-08-16 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Toktar_Əubəkirov&oldid=7833015"
LOVE.AZ