Tom Kruzun filmoqrafiyası — ABŞ aktyoru və prodüseri Tom Kruzun yer alıdığı ekran işlərinin siyahısı.
Tom Kruz 1981-ci ildə "Sonsuz sevgi" dram filmində kiçik rol alaraq film debütünü etdi.[1] O, "Riskli biznes" (1983) komediya filmi ilə məşhurlaşdı,[2][3] bu film Kruza "Ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı — komediya və ya müzikl"a iki namizədlik qazandırdı.[4] Kruz 1986-cı ildə rejissor Toni Skottun döyüş filmi "Top Qan"da (həm ilin ən çox gəlir gətirən filmi) dəniz pilotu rolunu canlandırdı,[5] və rejissor Martin Skorsezenin dram filmi "Pulun rəngi"ndə Pol Nyumanla birlikdə göründü. İki il sonra Dastin Hoffmanla birlikdə "Ən yaxşı filmə görə Oskar mükafatı" qazanmış "Yağış adamı" (1986) dram filmində rol aldı və həmçinin "Ən pis filə görə Qızıl moruq mükafatı" qazanmış romantik dram filmi "Kokteyl"də (1988) yer aldı. Beləliklə Kruz 2014-cü ildə eyni ildə "Ən yaxşı filmə görə Oskar" və "Ən pis filmə görə Qızıl moruq" mükafatları qazanan ilk və tək şəxs oldu.[6] Aktyorun növbəti rolu Kovikin eyniadlı memuarına əsaslanan "İyulun dördündə doğulub" (1989) filmində Ron Kovik oldu və bu rol görə o, "Ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı — dram" əldə etdi.[4]
1992-ci ildə Aaron Sorkinin eyniadlı pyesinə əsaslanan "Bir neçə yaxşı adam" dram filmində Cek Nikolsonla birlikdə rol aldı.[7] Kruz ardınca Con Qrişamın eyniadlı filminə əsaslanan "Firma"da (1993) göründü və "Düşmüş mələklər" teleserialının bir seriyasının rejissoru olaraq rejissor debütünü etdi.[8]
Kruz 1993-cü ildə Pola Vaqnerlə birlikdə qurduğu Cruise/Wagner Productions-ın[9] ilk layihəsi olan "Qeyri-mümkün missiya" (1996) adlı döyüş filmində casus Etan Hant rolunu canlandırdı.[10][11] O, 2018-ci ilə qədər "Mümkünsüz missiya" filmlər seriyasının beşdən çox filmində rol alıb: "Qeyri-mümkün missiya 2" (2000), "Qeyri-mümkün missiya 3" (2006), "Qeyri-mümkün missiya 4" (2011), "Qeyri-mümkün missiya - Rogue Nation" (2015) və "Qeyri-mümkün missiya – Əks-təsir" (2018).
Rejissor Kameron Krounun komediya-dram filmi "Cerri Maquayer"də (1996) baş rolda yer alıb və bu roluna görə "Ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı — komediya və ya müzikl" qazanıb.[4] Kruz 1999-cu ildə rejissor Stenli Kubrikin erotik-triller filmi "Geniş bağlanmış gözlərlə"də o vaxtkı həyat yoldaşı Nikol Kidmanla birlikdə baş rolda[12] və rejissor Pol Tomas Andersonun dram filmi "Maqnoliya"da ikinci plan rolda yer alıb. "Maqnoliya" filmindəki roluna görə "Kinofilmdə ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı" qazandı və "Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatı"na namizəd göstərildi.[4][13] Kruz elmi fantastika trilleri "Vanilli səma" (2001) filmində Krou ilə yenidən bir araya gəldi və bu film ona "Ən yaxşı aktyor üçün Saturn mükafatı"nı qazandırdı.[14] Növbəti il rejissor Stiven Spilberqin filmi "Azlıq hesabatı"nda (2002) rol aldı. 2005-ci ildə o, Spilberqlə "Dünyaların müharibəsi" filmində yenidən əməkdaşlıq etdi və Stenli Kubrik BAFTA-dan "Möhtəşəm filmə görə Britaniya mükafatı" aldı.[15] Üç il sonra "Tropik ildırım" satirik komediyasında göründü və "Valkiriya əməliyyatı" tarixi trillerində (hər ikisi 2008-ci ildə) Almaniya ordusunun zabiti Klaus fon Ştauffenberqi canlandırdı. Kruz 2010-cu ildə "Günün cəngavəri" komediya filmində "Vanilli səma"dakı həmkarı Kameron Diazla yenidən bir araya gəldi və ardınca "Cek Riçer" (2012) döyüş-triller filmində və onun davam filmi "Cek Riçer: Heç vaxt geri qayıtma"da (2016) baş rolda yer aldı. O, həmçinin elmi fantastika filmləri "Oblivion" (2013) və "Sabahın kənarı"nda (2014) rol alıb.[16][17] Üç il sonra "Amerika istehsalı" (2017) döyüş filmində narkotik qaçaqmalçısı Barri Sili canlandırdı. Kruz 2022-ci ildə 1,1 milyard ABŞ dollarından çox gəlir gətirən və onun ən çox gəlir gətirən filmi olan "Top Qan: Maverik" döyüş janrlı davam filmində rol aldı.[18]
Hələ buraxılmamış filmi bildirir |
İl | Azərbaycan dilində adı | Orijinal adı | Rol | Qeydlər | İst. |
---|---|---|---|---|---|
1981 | Sonsuz sevgi | Endless Love | Billi | Cameo | [19] |
Kursantlar | Taps | David Şaun | [20] | ||
1983 | Qovulmuşlar | The Outsiders | Steve Randle | [21] | |
Onu itirmək | Losin' It | Vudi | [22] | ||
Riskli biznes | Risky Business | Coel Qudson | [23] | ||
Bütün düzgün hərəkətlər | All the Right Moves | Stiven Dcordyevik | [24] | ||
1985 | Əfsanə | Legend | Cek | [25] | |
1986 | Top Qan | Top Gun | leytenant Pete "Maverik" Mitçell | [26] | |
Pulun rəngi | The Color of Money | Vinsent Lauriya | [27] | ||
1988 | Kokteyl | Cocktail | Brayan Flanaqan | [28] | |
Yağış adamı | Rain Man | Çarli Babbitt | [29] | ||
1989 | İyulun dördündə doğulub | Born on the Fourth of July | Ron Kovik | [30] | |
1990 | İldırımlı günlər | Days of Thunder | Kol Trikle | Həmçinin ortaq ssenarist | [31][32] |
1992 | Çox uzaq | Far and Away | Cozef Donelli | [33] | |
Bir neçə yaxşı adam | A Few Good Men | leytenant Daniel Kafi | [34] | ||
1993 | Firma | The Firm | Mitç Makdir | [35] | |
1994 | Vampirlə müsahibə | Interview with the Vampire | Lestat de Lionkourt | [36] | |
1996 | Qeyri-mümkün missiya | Mission: Impossible | Etan Hant | Həmçinin prodüser | [37] |
Cerri Maquayer | Jerry Maguire | Cerri Maqueyr | [38] | ||
1998 | Limitlər olmadan | Without Limits | — | Sadəcə prodüser | [39] |
1999 | Geniş bağlanmış gözlərlə | Eyes Wide Shut | Bill Harford | [40] | |
Maqnoliya | Magnolia | Frenk T. C. Makey | [41] | ||
2000 | Qeyri-mümkün missiya 2 | Mission: Impossible 2 | Etan Hant | Həmçinin prodüser | [42][43] |
2001 | Stenli Kubrik: Kinoda həyat | Stanley Kubrick: A Life in Pictures | özü / hekayəçi | [44] | |
Başqaları | The Others | — | Sadəcə icraçı prodüser | [45] | |
Vanilli səma | Vanilla Sky | David Aames | Həmçinin prodüser | [46] | |
2002 | Kosmik stansiya 3D | Space Station 3D | hekayəçi | [47] | |
Azlıq hesabatı | Minority Report | Con Anderton | [48] | ||
Ostin Pauers: Qoldmember | Austin Powers in Goldmember | özü | Cameo | [49] | |
Narkobaron | Narc | — | Sadəcə icraçı prodüser | [50] | |
2003 | Qırılmış şüşə | Shattered Glass | — | Sadəcə icraçı prodüser | [51] |
Sonuncu samuray | The Last Samurai | Natan Alqren | Həmçinin prodüser | [52][53] | |
2004 | Girov | Collateral | Vinsent | [54] | |
2005 | Dünyaların müharibəsi | War of the Worlds | Ray Ferrier | [55] | |
Elizabettaun | Elizabethtown | — | Sadəcə prodüser | [56] | |
2006 | Tozdan soruş | Ask the Dust | — | Sadəcə prodüser | [57] |
Qeyri-mümkün missiya 3 | Mission: Impossible III | Etan Hant | Həmçinin prodüser | [58] | |
2007 | Quzular üçün aslanlar | Lions for Lambs | senator Casper İrvinq | [59] | |
2008 | Torpik ildırım | Tropic Thunder | Les Qrossman | [60] | |
Valkiriya əməliyyatı | Valkyrie | Klaus fon Ştauffenberq | [61] | ||
2010 | Günün cəngavəri | Knight and Day | Roy Miller/cəngavər Metyu | [62] | |
2011 | Qeyri-mümkün missiya 4 | Mission: Impossible – Ghost Protocol | Etan Hant | Həmçinin prodüser | [63] |
2012 | Əbədi rok | Rock of Ages | Steysi Caks | Həmçinin film musiqinin müğənnisi | [64][65] |
Cek Riçer | Jack Reacher | Cek Riçer | Həmçinin prodüser | [66] | |
2013 | Oblivion | Oblivion | Cek Harper | [67] | |
2014 | Sabahın kənarı | Edge of Tomorrow | Vilyam Keyc | [68] | |
2015 | Qeyri-mümkün missiya - Rogue Nation | Mission: Impossible – Rogue Nation | Etan Hant | Həmçinin prodüser | [69] |
2016 | Cek Riçer: Heç vaxt geri gəlmə | Jack Reacher: Never Go Back | Cek Riçer | Həmçinin prodüser | [70] |
2017 | Mumiya | The Mummy | Nik Morton | [71] | |
Amerika istehsalı | American Made | Barri Sil | [72] | ||
2018 | Qeyri-mümkün missiya – Əks-təsir | Mission: Impossible – Fallout | Etan Hant | Həmçinin prodüser | [73][74] |
2022 | Top Qan: Maverik | Top Gun: Maverick | kapitan Pete "Maverik" Mitçell | Həmçinin prodüser | [75] |
2023 | Mümkünsüz missiya: Ölümcül hesablaşma. 1-ci hissə | Mission: Impossible – Dead Reckoning Part One | Etan Hant | Həmçinin prodüser | [76][77] |
2024 | Mümkünsüz missiya: Ölümcül hesablaşma. 2-ci hissə | Mission: Impossible – Dead Reckoning Part Two | Həmçinin prodüser | [78][79] |
İl | Azərbaycan dilində adı | Orijinal adı | Rol | Qeydlər | İst. |
---|---|---|---|---|---|
1993 | Düşmüş mələklər | Fallen Angels | - | Seriya: "The Frightening Frammis" (rejissor) | [80] |