. Love.az

Tonyukuk Abidesi - Wikipedia - Love.az

Ana Səhifə - Tonyukuk Abidesi

Tonyukuk abidəsi və ya beynəlxalq ədəbiyyatdakı Bain Tsokto kitabələri 8-ci əsrdə Orxon çayı vadisində yazılmış yazılmış olan Göytürk kitabələrindən biridir. Tonyukuk abidəsi Tonyukukun özü tərəfindən 720–725-ci illərdə qoyulmuşdur.

Tonyukuk abidəsi
47°41′40″ şm. e. 107°28′33″ ş. u.HGYO
Yer qeydləri
Tonyukuk abidəsi xəritədə
Tonyukuk abidəsi
Tonyukuk abidəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu abidədə türklərin müharibə strategiyaları, müstəqillik uğrunda gedən döyüşlər, Tonyukukun türk milləti üçün apardığı mübarizələr nəzərə çarpır.[1] Türk tarixinin ən qədim yazılı sənədlərindən biri olan Tonyukuk abidəsi İkinci Göytürk xaqanlığı dövrünün böyük vəziri, komandanı və məsləhətçisi Tonyukukun ölümündən əvvəl özü tərəfindən qoyulmuş iki dört tərəfli kitabələrdən ibarətdir.[2]

Bilgə xaqan abidəsi və Kültigin abidəsindən 360 km şərqdə yerləşir. 1897-ci ildə botanik Yelizaveta Klements tərəfindən kəşf edilmişdir.[3] Açıq ərazidə olduğundan və lazımi səviyyədə qorunmadığı üçün zərər görmüşdür.[4]

Ümumi məlumat

redaktə

Baykal gölünün cənubunda, Monqolustanda Orxon çayı vadisində Koşo Saydam gölünün yaxınlığında yerləşir.

İstinadlar

redaktə
  1. ↑ Erdem Konur. "Orxon yazılarında sosial və siyasi mesajlar" (türk. ). www.academia.edu. 2020-06-11 tarixində arxivləşdirilib.
  2. ↑ Cengiz Alyılmaz. "Bilge Tonyukuk Yazıtları Üzerine Birkaç Düzeltme" (PDF) (türk. ). www.turkdilleri.org. 21 sentyabr 2016 tarixində arxivləşdirilib (PDF).
  3. ↑ (türk. ). www.academia.edu https://www.academia.edu/7115423/G%C3%B6kt%C3%BCrk_Yaz%C4%B1s%C4%B1n%C4%B1_%C3%96%C4%9Frenme_K%C4%B1lavuzu_Yavuz_TANYER%C4%B0 (#bare_url_missing_title). 2020-06-11 tarixində arxivləşdirilib.
  4. ↑ Cengiz Alyılmaz. "Bilge Tonyukuk Yazıtları Üzerine Birkaç Düzeltme" (PDF) (türk. ). www.turkdilleri.org. 21 sentyabr 2016 tarixində arxivləşdirilib (PDF).
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tonyukuk_abidəsi&oldid=7882150"
LOVE.AZ