. Love.az

Toporkov Adasi - Wikipedia - Love.az

Ana Səhifə - Toporkov Adasi

Toparkov — Komandor adalarına daxil olan ada. İnzibati cəhətdən Kamçatka diyarı Aleut raroyu ərazisində yerləşir. Sahəsinə görə arxipelaqın dördüncü adasıdır. Orta hündürlüyü 9 metrdir. Ada demək olar ki, dairəvi formaya malik olub 1 km diametrə malikdir. Sahəsi 0,5 km² təşkil edir. Berinq adasından 4 km qərbdə yerləşir. Ən hündür nöqtəsi 16 metrdir. Ada şirin su mənbəyindən məhrumdur.

Toparkov
rus. Топорков
Ümumi məlumatlar
Sahəsi 0.5 km²
Hündür nöqtəsi 16 m
Əhalisi 0 nəfər
Yerləşməsi
55°12′12″ şm. e. 165°55′55″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriya
  • Sakit okean
Toparkov xəritədə
Toparkov
Toparkov

Təbiətin qorunması

redaktə

Adada çoxlu sayda quş növləri yuva qurur. 1983-ci ildən ada qorunma statusuna malik olaraq Komandor dövlət təbiət qoruğu ərazisinə daxildir.

Mənbə

redaktə
  • Komandor adaları (Aleut rayonu) Arxivləşdirilib 2011-02-09 at the Wayback Machine
  • Авторские фотографии Командор Arxivləşdirilib 2009-06-19 at the Wayback Machine (rus.)
  • Официальный сайт Администрации Алеутского муниципального района
  • Общественная газета Алеутского района «Алеутская звезда» Arxivləşdirilib 2011-05-24 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Toporkov_adası&oldid=6253960"
LOVE.AZ