. Love.az

Torf Mamirlari - Wikipedia - Love.az

Ana Səhifə - Torf Mamirlari

Torf mamırları (lat. Sphagnopsida) — bitkilər aləminin yarpaqlı mamırlar şöbəsinin sphagnophytina yarımşöbəsinə aid bitki sinfi.

Torf mamırları
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Setaphyta
Şöbə:
Yarpaqlı mamırlar
Yarımşöbə:
Sphagnophytina
Sinif:
Torf mamırları
Beynəlxalq elmi adı
  • Sphagnopsida
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  15680
NCBI  113508
EOL  3890
FW  306733

Gövdə və yarpaqlarında xloroplastla yanaşı boş ölü hüceyrələri də olur. 20-30 sm hündürlükdə olurlar. Yaşlaşanda isə 2-3 sm artıb eyni anda gövdədən 2-3 sm itirilər. İtirilmiş hissə torfa çevirilir. Budaqlanmayan üzəri sıx ensiz yaşıl yarpaqlı çoxillik bitkidir. Rizoidlərə malik deyillər. Örtük və ötürücü toxuma zəif inkişaf edib. Qaranlıq, rütubətli meşələrdə yaşayırlar. Öz kütləsindən 20-25 dəfə çox su udur.[1]Böyük bataqlı yaradırlar. Sporla çoxalırlar. Sfaqnum bakteriyaların inkişafına mane olan maddələr ifraz edir. Bu səbəbdən bataqlıqda çürümə prosesi zəifləyir. Gövdə və yarpaqlarında fotosintez prosesini həyata keçirən xloroplastlara malik hüceyrələrlə yanaşı, içərisi boş, ölü iri hüceyrələrə də rast gəlinir. Kökü olmur.

İstinadlar

redaktə
  1. ↑ Bold, H.C. 1967. Morphology of Plants. second ed. Harper and Row, New York. p. 225-229.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Torf_mamırları&oldid=7425009"
LOVE.AZ