. Love.az

Tovuz Seher Stadionu - Wikipedia - Love.az

Ana Səhifə - Tovuz Seher Stadionu

Tovuz şəhər stadionu — Azərbaycanın Tovuz şəhərində stadion. Turan Tovuz ev oyunlarını bu stadionda keçirir.

Tovuz şəhər stadionu
Xəritə
Yeri Tovuz
Açılış tarixi 5 sentyabr 1979
Tamaşaçı tutumu 6.500
Ev sahibi komanda Turan Tovuz FK

1979-cu ilin sentyabr ayının 5-də Tovuz şəhər stadionu istifadəyə verilib. Həmin gün "Məhsul" ilə "Neftçi" komandası arasında yoldaşlıq görüşü keçirilib. 1981-ci ildə stadionda əsaslı təmir işləri aparıldıqdan sonra areanın açılış mərasimi keçirilib.

1992-ci ildə "Turan" komandasının yaradıcısı Vidadi Əhmədov komandanı gücləndirməklə yanaşı Mərkəzi stadiondada tikinti-quraşdırma işlərini həyata keçirib. Həmin dövrdə ilk dəfə olaraq drinaj sistemi düzəldildi və tribunanın üstü örtüldü. 2004-cü ildə Tahir Yusifovun rəhbərliyi dövründə dövlətin maliyyə dəstəyi ilə stadion ərazisində tikintisi yarımçıq qalmış baza istifadəyə verildi və stadionda yenidənqurma işləri aparıldı. Tribunalara 6500 ədəd oturacaq quraşdırıldı.[1]

İstinadlar

redaktə
  1. ↑ "ARAŞDIRMA: "AZƏRBAYCANDAKI 100-DƏK FUTBOL ARENASININ ƏKSƏRİYYƏTİ YENİDƏN QURULMALIDIR"". 2019-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.

Xarici keçidlər

redaktə
  • Wikimapia
  • Stadion
İdman haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tovuz_şəhər_stadionu&oldid=7519829"
LOVE.AZ