. Love.az

Transaksiya Xercleri - Wikipedia - Love.az

Ana Səhifə - Transaksiya Xercleri
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Transaksiya xərcləri - mübadilə prosesində mülkiyyət hüququnun bir tərəfdən digərinə verilməsi ilə bağlı olan xərclərdir. [1]

İlk dəfə iqtisadi ədəbiyyatda transaksiya xərcləri termini Nobel mükafatı laureatı R.Kouz tərəfindən işlədilmiş və müasir institusional nəzəriyyədə geniş tətbiqini tapmışdır [2]. Transaksiya xərclərinin 5 əsas növü mövcuddur: [1]

1. İnformasiyanın əldə edilməsi ilə bağlı xərclər;

2. Müqavilələrin və danışıqların aparılması ilə bağlı xərclər;

3. Qiymətləndirmə və gözləmə effekti ilə bağlı xərclər;

4. Mülkiyyət hüququnun qorunması ilə bağlı xərclər;

5. Opportunist fəaliyyətlə bağlı xərclər.

Transaksiya xərcləri mübadilə prosesinə qədər, mübadilə prosesində və ondan sonra baş verə bilər.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Musayev Akif, Qarayev İmran. “Transfer Qiymətləndirmə Və Vergitutma Bazasının Köçürülməsi” Vergitutma Jurnalı, 5-ci sayı. Bakı-2013
  2. ↑ Pascal Saint-Amans, Raffaele Russo. (2013). What the Beps are we talking about? OECD Yearbook, p.85-88
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Transaksiya_xərcləri&oldid=5155958"
LOVE.AZ