Travel (azərb. Səyahət) – Cənubi Koreya qız qrupu Mamamoo tərəfindən buraxılmış 10-cu EP. 3 noyabr 2020-ci ildə RBW tərəfindən buraxılmış və Kakao M tərəfindən yayımlanmışdır. EP-ə 6 mahnı, eləcə də, "Dingga" və "Aya" sinqlları daxil edilmişdir.
Travel | ||||
---|---|---|---|---|
![]() | ||||
Mamamoo tərəfindən ifa olunmuş EP-i | ||||
Növü | EP-i | |||
Yayımlanma tarixi | 3 noyabr 2020 | |||
Janr | K-Pop | |||
Müddət | 20:08 | |||
Dil | koreya-ingilis | |||
Leybl | Rainbow Bridge World | |||
Mamamoo albomlarının xronologiyası | ||||
|
13 noyabr 2019-cu ildə qrup tərəfindən "Reality in Black" albomu qrupun ən çox satan albomu olmuşdur.[1] Albomunun uğurundan sonra qrup üzvləri solo performanslara diqqətlərini ayırmışdılar.[2] Nəhayət 6 oktyabr 2020-ci ildə rəsmi sosial şəbəkə hesabları vasitəsilə yeni EP-nin adı, üzlüyü və buraxılış tarixi açıqlanmışdır.[3] 11 oktyabrda bir neçə şəkil və video tizerlər yayımlanmışdır.[4] 20 oktyabrda EP-ə daxil olacaq "Dingga" sinqlı rəqəmsal şəkildə buraxılmış və musiqi videosu YouTube-a yüklənmişdir. EP həm fiziki, həm rəqəmsal olaraq 3 noyabr 2020-ci ildə tam şəkildə buraxılmışdır. İkinci sinq olan "Aya" sinqlı üçün musiqi videosu da yayımlanmışdır.
"Travel" EP-sinin yapon dilində olan versiyası 25 noyabr 2020-ci ildə anons edilmiş və 3 fevral 2021-ci ildə buraxılmışdır.[5] Bu versiyaya "Dingga" və "Aya" sinqllarının yaponca versiyaları, eləcə də, "Just Believe in Love" adlı orijinal yaponca mahnı daxil edilmişdir.[6]
3 noyabr 2020-ci ildə qrupun "Monoloq" adlı 1 saatlıq verilişi Mnet musiqi kanalında yayımlanmışdır. Verilişdə qrup yeni EP-i tanıtmış və müsahibələr vermişdilər.[7] Bundan əlavə, qrup "M Countdown", "Music Bank", "Show! Music Core", "Inkigayo" və "You Hee-yeol's Sketchbook" kimi verilişlərdə EP-ə daxil olan iki sinqlı ifa etmişdirlər.
"Travel" 2020-ci ilin 45-ci həftəsində Gaon albomlar çartında 2-ci yerdə debüt etmişdir.[8] Hanteo satış çartına əsasən buraxıldığı ilk gündə 101 min nüsxəsi satılmışdır. Bu, qrupun şəxsi rekordu kimi qeydə alınmışdır.[9] Gaon albomlar çartının aylıq buraxılışında isə "Travel" 6-cı yerdə göstərilmiş və 164 min nüsxəsi satılmışdır.[10] Beləliklə, qrup keçən il "Reality in Black" albomunun da rekordunu keçmişdir. 2021-ci ilin fevralına qədər albom Cənubi Koreyada 174 min, Yaponiyada isə 14,5 min nüsxə satmışdır.
Spotify platformasında 2021-ci ilin iyuluna kimi "Travel" 86 milyon dəfə dinlənmişdir. Rəsmi YouTube kanallarından isə 197 milyon baxış almışdır.[11]
№ | Başlıq | Sözlər | Musiqi | Aranjirovka | Müddət |
---|---|---|---|---|---|
1. | "Travel" |
|
|
| 3:32 |
2. | "Dingga" (딩가딩가) |
|
|
| 2:59 |
3. | "AYA" |
|
|
| 3:31 |
4. | "Chuck" (척) |
|
| TENTEN | 3:17 |
5. | "Diamond" |
|
| Kim Do-hun | 2:40 |
6. | "Good Night" (잘자) |
|
|
| 4:09 |
Ümumi müddət: | 20:08 |
№ | Başlıq | Sözlər | Musiqi | Aranjirovka | Müddət |
---|---|---|---|---|---|
7. | "Wanna Be Myself" (나는 안다르다) |
|
|
| 3:24 |
Ümumi müddət: | 23:32 |
№ | Başlıq | Sözlər | Musiqi | Aranjirovka | Müddət |
---|---|---|---|---|---|
8. | "Aya (yaponca versiya)" |
|
|
| 3:31 |
9. | "Dingga (yaponca versiya)" |
|
|
| 2:59 |
10. | "Just Believe In Love" |
Mahnı | Veriliş | Kanal | Tarix | İst. |
---|---|---|---|---|
"Aya" | M Countdown | Mnet | 19 noyabr 2020 | [12] |
İl | Mükafat | Laureat | Kateqoriya | Nəticə | İst. |
---|---|---|---|---|---|
2021 | Qızıl Disk Mükafatı | Travel | Albomlar | Namizəd | [13] |
Seul Musiqi Mükafatı | "Dingga" | Baş mükafat | Namizəd | [14] |