. Love.az

Tufandag Dag Xizek Kompleksi - Wikipedia - Love.az

Ana Səhifə - Tufandag Dag Xizek Kompleksi

"Tufan" Dağ-Xizək Kompleksi (tam adı: "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi) — Azərbaycanın Qəbələ rayonunda rekreasiya-turizm obyekti.[1]

Tufandağ dağ-xizək kompleksi
Yerləşmə Qəbələ rayonu
Yaxındakı şəhər Qəbələ
Xarici keçidlər https://www.tufandag.com/az

Mündəricat

  • 1 Coğrafiyası
  • 2 Açılışı
  • 3 İnfrastruktur
  • 4 Planlaşdırılan işlər
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Coğrafiyası

redaktə

Kompleks Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir.[1] Kanat yolunun və xizəkçilik kompleksinin 8 stansiyadan ibarət olması planlaşdırılmışdır.[1] Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir.[1]

Açılışı

redaktə

Kompleksinin birinci mərhələsinin açılışı 3 yanvar 2014-cü ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə olmuşdur.[2] Buna qədər isə, ölkə başçısı Qəbələyə etdiyi mütəmadi səfərlər zamanı kompleksə gələrək burada aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.[1][2][3]

İnfrastruktur

redaktə

Kompleksdə nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür.[2]

Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində 4 kanat xətti tam inşa olunmuş, 10 xizək yolundan beşində inşaat işləri başa çatmışdır.[2] İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr təşkil edir.[1][3]

Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılmışdır.[2]

Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.[2]

Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilmişdir. Bütünlükdə Kompleks gün ərzində 3000 nəfərə xidmət göstərmək imkanına malikdir.[2]

Burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olması kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biridir. Belə ki, hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər.[2]

Planlaşdırılan işlər

redaktə

Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər aparılır.[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 İlham Əliyev Qəbələ "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisi ilə tanış olmuşdur Arxivləşdirilib 2017-08-08 at the Wayback Machine. (Şəkillər Arxivləşdirilib 2013-04-28 at the Wayback Machine), president.az, 28.02.2013.  (az.)
  2. ↑ 1 2 3 4 5 6 7 8 9 İlham Əliyev Qəbələdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışında iştirak etmişdir Arxivləşdirilib 2016-12-21 at the Wayback Machine. (Şəkillər Arxivləşdirilib 2014-06-14 at the Wayback Machine), president.az, 03.01.2014.  (az.)
  3. ↑ 1 2 İlham Əliyev Qəbələdə "Tufan" dağ-xizək yay-qış istirahət kompleksinda aparılan tikinti işləri ilə tanış olmuşdur Arxivləşdirilib 2018-01-07 at the Wayback Machine. (Şəkillər Arxivləşdirilib 2018-04-10 at the Wayback Machine), president.az, 10.09.2012.  (az.)

Xarici keçidlər

redaktə
  • Rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tufandağ_(dağ-xizək_kompleksi)&oldid=7408533"
LOVE.AZ