Bu məqalə Tulunoğulları ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Tulunlular (Ərəbcə: الطولونيون al-Tūlūnīyūn), Misirdə qurulmuş türk-islam dövlətidir. Adın Dolunaydan gəldiyini söyləyənlər var.
Tolunoğulları dövləti türklər tərəfindən Misirdə qurulan ilk dövlətdir. Quruluş tarixi 868-ci ilə təsadüf edir. Paytaxtı Fustat (Qahirə) şəhəri olmuşdur. Dövlətin ilk qurucusu Əhməd bin Tolun olmuşdur.
Dövlətin qurucuları, idarəçiləri və ordu əsgərləri türk mənşəli olmasına baxmayaraq, xalqın əksəriyyətini ərəblər və digərləri təşkil etmişdilər. Bu dövlətin dövründə Misir mütərəqqi hala gətirlmiş, xan, hamam, məscid kimi ictimai və dini təsislərlə təchiz edilmişdir.
Ən güclü dövrü Fərqanədən gələn türk əsilli Əhməd bin Tolun dövrüdür. Əhməd bin Tolun iqtisadiyyat sahəsində etdiyi islahatlar Misirə uğurlar gətirmişdir. Bu dövrdə Fələstin, Binqazi, Suriya (878-ci ildən etibarən), Antakya və Mersin torpaqları ələ keçirilmişdir. Tolun oğlu Humareveyh dövründə əldən çıxan Suriya təkrar geri alınmışdır. Bu dövrdə iqtisadi mənşəli qiyamlar da baş vermişdir.
Tolunoğulları dövləti 905-ci ildə Abbasilər tərəfindən süquta uğramışdır.