Tuncer Gülənsoy (türk. Tuncer Gülensoy) — Türkiyənin məşhur dilçi alimi, türkoloq, elmlər doktoru, professor
Tuncer Gülənsoy | |
---|---|
Təxəllüsü | Tuncer Gülənsoy |
Doğum tarixi | |
Doğum yeri | Uşak, Türkiyə |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Ankara, Türkiyə |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | Türk |
Təhsili | Ankara Universiteti, Türk dili və ədəbiyyatı bölümü |
Fəaliyyəti | türkoloq, dilçi, tərcüməçi |
Fəaliyyət illəri | 1964-2022 |
Əsərlərinin dili | türkcə |
İstiqamət | dilçilik, türkologiya |
Janrlar | monoqrafiya, elmi məqalə |
Tuncer Gülənsoy 30 yanvar 1939-cu ildə Türkiyənin Uşak şəhərində anadan olmuşdur.[1] Atasının dövlət qulluğu vəzifəsi olduğundan o, ibtidai təhsilini müxtəlif məktəblərdə almışdır. Əvvəlcə Uşak Qazi Mustafa Kamal ilk okulu, daha sonra Əhməd Midhət Əfəndi İbtidai məktəbi (1951), Uşak Liseyində (1959) oxumuşdur. Ankara Universiteti Türk Dili və Ədəbiyyatı bölümünü (1963) bitirmişdir. Bir müddət Uşak ilçəsinin kəndlərində əvəzedici müəllim işləmiş, Türk Kültürü Araşdırma İnstitutunda elmi araşdırıcı kimi işləmişdir (1963-1970, 1972-1973). 1967-ci ildə professor Əhməd Temirin rəhbərliyi altında doktorluq dissertasiya üzərində işləməyə başlamışdır. 1970-ci ilin yanvarında müdafiə etdiyi “Monqolların gizli tarixi”ndə hal şəkilçiləri və cümlələrdə istifadəsi” adlı dissertasiya işi ilə filologiya elmləri doktoru adını almışdır. Daha sonra Ankara Universitetinə assistent kimi fəaliyyətə (1974). 15 oktyabr 1976-cı ildə o, Amerika Birləşmiş Ştatlarının Texas ştatındakı Texas Tech Universitetinə (Lubbock-Texas) qonaq professor kimi getmiş və prof. dr. Warren S. Walker və Anadolu türk masallarının yazarı Barbara K. Walker ilə birgəçalışmışdır. (1976 – 1977) Bir ildən sonra yenidən Ankara Universitetinə dönmüş, burada Əski yazı, Osmanlı və monqol dili dərsləri vermişdir. 1980-ci ildə dosent olmuş, həmin ildə Fırat Universitetinin Ədəbiyyat fakültəsinə keçmişdir. Türk dili və ədəbiyyatı kafedrasının müdiri və Sosial Bilimlər İnstitutunun direktoru (1985-89) vəzifələrində çalışmışdır. 1989-cu ildə professor olduqdan sonra Erciyes Universitetinə keçmişdir. Burada prorektor, rektor yardımçısı (1990-1992), Türk dili və ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışmışdır. 31 oktyabr 1998-ci ildə Qırğızıstanın Bişkek şəhərində yeni yaradılmış Qırğızıstan-Türkiyə Manas Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölməsinin qurucu müdiri vəzifəsinə gətitilmiş və 2000-ci ilin avqust ayına qədər bu vəzifəni icra etmişdir. Qırğız dili ilə bağlı iki il ərzində yazdığı altı əsərə görə fəcri mükafatlarla təltif olunmuşdur. 2000-2001-ci tədris ilində Erciyes Universitetində vəzifəsinə qayıdan Gülensoy, 2001-2002-ci tədris ilində Kiprdəki "Girne Amerikan Universitetində" professor vəzifəsində çalışmışdır. 2002-2003-cü tədris ilində Erciyes Universitetinə dönmüş və 30 yanvar 2006-cı ildə təqaüdə çıxmışdır. Tuncer Gülənsoy Türk Dil Qurumunun, Türk KültürünüAraşdırma İnstitutunun, Türkiyə Yazarlar Birliyinin və İLESAM-ın üzvü olmuşdur. O, Monqolustan Elmlər Akademiyasına Türkiyədən seçilmiş ilk alimdir.
Tuncer Gülənsoy 11 iyun 2022-ci ildə Ankarada vəfat etmişdir.
Tuncer Gülənsoy 26 dekabr 1963-cü ildə Ankarada Xədicə (Yurteri) Gülensoy xanımla evlənmişdir. 20 dekabr 1964-cü ildə Baybars və 24 dekabr 1978-ci ildə Bahadırhan Aybars adlı iki oğlu dünyaya gəlmişdir.
Türkoloji araşdırmaları ilə bütün Türk Dünyasında tanınan Tuncer Gülənsoy universitet nəşrlərindən əlavə, “Dövlət”, “Kültür və sənət”, “Milli folklor”, “Milli eğitim və kültür”, “Tarla”, “Töre”, “Türk dili”, Yeni düşüncə, “Yeni forum”, “Türk kültürü” dərgilərində məqalələrini dərc etdirmişdir. TDV İslam Ensiklopediyası və KB İslam Ensiklopediyası üçün məqalələr hazırlamışdır. Çoxsaylı türkoloji araşdırmaları ilə sağlığında “hocaların hocası” kimi dəyərləndirilmişdir. Şeirlərinə musiqi bəstələnmişdir.