. Love.az

Turan Ovaligi - Wikipedia - Love.az

Ana Səhifə - Turan Ovaligi

Turan ovalığı və ya Turan düzənliyi — Mərkəzi Asiyanın və Cənubi Qazaxıstanın düzənlik hissəsidir.

Ümumi informasiya

redaktə

Turan ovalığı Qazaxıstanın, Özbəkistanın(şimal sərhədlərində) və Türkmənistanın ərazisində yerləşmişdir. Düzənliyinin uzunluğu təxminən 2000 km-dir. Turan ovalığı Qərbi Sibir ovalığı ilə Turqay dərəsi ilə birləşir. Qazaxıstanın daxilində Sırdərya çayı Turan ovalığını iki hissəyə bölür. Ovalığın çox hissəsi Qaraqum Qızılqum, Muyunkum və başqa səhralarla əhatə olunur; bu yerdə hündürlük 922 metrə qədər təşkil edir.

Süni suvarma şəraitində əkinçilik inkişaf etmişdir; həmçinin ovalıqdan otlaq kimi istifadə olunur. Neft və təbii qaz (Mangistau neft-qaz rayonu) yataqları tapılmışdır.

Kəskin kontinental, yarımsəhra quru-çöl iqliminə malikdir. Cənub hissəsi subtropik iqlimdir.

   Türkmənistan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
   Özbəkistan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
   Qazaxıstan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Turan_ovalığı&oldid=7042448"
LOVE.AZ