. Love.az

Tyosin Korpusu - Wikipedia - Love.az

Ana Səhifə - Tyosin Korpusu

Tyoşin körpüsü (ukr. Тещин міст; hərf. "Qaynana körpüsü") – Ukraynanın Odessa şəhəridə yerləşən piyada körpüsü. Sevgililər sevgililərini simvolizə etmək üçün körpüdən adlarının yazıldığı qıfıllar asırlar.

Tyoşin körpüsü
Xəritə
46°29′25″ şm. e. 30°44′13″ ş. u.HGYO
Yeri Odessa
Uzunluğu
  • 137,6 m
Eni 6 m
Hündürlüyü 30 m
Açılışı 16 fevral 1969
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Körpüdən asılan qıfıllar.

Mündəricat

  • 1 Tarixi
  • 2 Adı
  • 3 Ənənələr
  • 4 İstinadlar

Tarixi

redaktə

Körpü 1968-ci ildə Odessa şəhərində Primorski ilə İncəsənət bulvarlarını əlaqələndirmək üçün tikilmişdir. Memar Vladimirskaya və mühəndis Kiriyenko tərəfindən tikilmiş körpü metal və kərpicdən hazırlanmışdır. 2008-ci ildə körpünün 40 illiyi qeyd olunmuşdur.[1]

Adı

redaktə

Tyoşin körpüsünün adı ukrayn dilindən hərfi tərcümədə "Qaynana körpüsü" mənasına gəlir. Körpünün belə adlanması haqqında iki versiya mövcuddur. Birinci versiyaya görə körpü möhkəm tikilmədiyi üçün bir neçə nəfər eyni anda hoppandıqda və ya güclü külək əsdikdə körpü sallanmağa başlayır. Bu səbəbdən yerlilər körpünün bu cür sallanmasını qaynananın dilinə bənzədiblər.[2] İkinci versiyaya görə şəhərin yerli Kommunist Partiyası sədrlərindən biri Mixail Sinitsa qayınanasının bişirdiyi blinçikləri çox sevsə də, o, uçurumun digər tərəfində yaşayırdı. Buna görə də gediş-gəlişi asanlaşdırmaq üçün bu körpünü tikdirmişdir.[1]

Ənənələr

redaktə

Sevgililər sevgililərini simvolizə etmək və uğur arzulamaq üçün körpüyə və körpünün barmaqlıqlarına adlarının yazıldığı qıfıllar asırlar, daha sonra qıfıl açarlarını atırlar.[1] Körpünün kostruksiyası möhkəm olmadığı üçün qıfıllar körpüdə ağırlıq yaradır. Şəhər rəhbərliyi mütəmadi olaraq körpüdən qıfılların sökülməsi ilə məşğuldur[2] və 2011-ci ildə körpünün qərb qurtaracağında qıfıl asmaq üçün "Aşiq ürək" adlı böyük metal ürək tikdirmişdir. Buna baxmayaraq, bir çox cütlük qıfıllarını birbaşa körpüdən asmağa davam edirlər.[3]

Körpüdə 2000-ci illərdən etibarən hər ilin 16 fevral tarixində Qayınanalar Günü qeyd olunur. Həmin gün körpüdən keçən şəxslərə yeməklər verilir və yeni evlilərə qayınananın evin "əsas hərəkət etdirici qüvvəsi" olduğunu bildirən məsləhətlər verilir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 "Одесситы отпраздновали 40-летие Тёщиного моста". GLAS (rusca). 18 fevral 2008. 1 avqust 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2025.
  2. ↑ 1 2 "Mother-In-Law Bridge". Atlas Obscura (ingiliscə). 16 oktyabr 2013. İstifadə tarixi: 29 aprel 2025.
  3. ↑ "«Киевстар» подарил одесситам «Влюбленное сердце»". 27 oktyabr 2011. 16 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2025.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tyoşin_körpüsü&oldid=8118752"
LOVE.AZ