Uçurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2573,0 m). Zəngəzur silsiləsinin Azərməsçid aşırımından (3474,7 m) cənub-qərb istiqamətdə ayrılan eyniadlı qolunun suayırıcısında zirvə. Pəzməri kəndindən 1,5 km cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadında yerləşib, şimal-şərqdən və cənub-qərbdən şimal-qərb istiqamətli qırılma pozulmaları ilə kəsilmişdir.[1]
Uçurdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2573,0 m |
Yerləşməsi | |
Ölkə |
![]() |
Rayon |