Uşaqlığın son gecəsi — kinorejissor Arif Babayevin çəkdiyi bədii film.[1] Arif Babayevin 1969-ci ildə ekranlara çıxan “Uşaqlığın son gecəsi” Maqsud İbrahimbəyovun eyniadlı hekayəsinin əsasında çəkilib deyilir. Əslində isə ssenarinin həmin hekayə ilə əlaqəsi yoxdur. “Uşaqlığın son gecəsi” hekayəsi Pirşağıda yay tətilini keçirən iki yeniyetmədən bəhs edir.[2]
Uşaqlığın son gecəsi | |
---|---|
rus. Последняя ночь детства | |
![]() | |
Janr |
dram komediya cinayət |
Rejissor | Arif Babayev |
Ssenari müəllifi | Maqsud İbrahimbəyov |
Baş rollarda |
Ənvər Həsənov Səyavuş Şəfiyev Ətayə Əliyeva Törəxanım Zeynalova Ələkbər Seyfi Xosrov Abdullayev Tofiq Mirzəyev Megi Kejeradze |
Operator | Zaur Məhərrəmov |
Bəstəkar | Polad Bülbüloğlu |
Rəssam | Elbəy Rzaquliyev |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 16 iyul 1969 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 89 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1968 |
Texniki məlumatlar |
9 hissə 2610 metr 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID1861461 |
Filmdə mərkəzi fiqurlar Murad (Ənvər Həsənov) və Rüstəmin (Səyavuş Şəfiyev) hekayəsi danışılır. Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstə ilə toqquşur.[3] Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır. Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır.[4] Əhvalat eyni zamanda hər iki qəhrəmanın ilk sevgisindən bəhs edir. Murad və Rüstəm obrazlarının xarakterindəki əksliklər süjeti daha da dinamikləşdirir, bəzən komik ziddiyyətli situasiyalar yaradır.[5]
Filmdə Beatles qrupunun mahnıları istifadə olunmuşdur.