. Love.az

Usaqlari Muhafize Cemiyyeti - Wikipedia - Love.az

Ana Səhifə - Usaqlari Muhafize Cemiyyeti

Uşaqları Mühafizə Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət xeyriyyə təşkilatı.

Mündəricat

  • 1 Tarixi
  • 2 Fəaliyyəti
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Tarixi

redaktə

Y.A.Gindesin təşəbbüsü ilə yaradılmışdı (1917). Sədri Y.A.Gindes, sədr müavini isə Eynülhəyat Yusifbəyli (Azərbaycan Xalq Cümhuriyyəti 4-cü və 5-ci hökumət kabinələrinin başçısı Nəsib bəy Yusifbəylinin həyat yoldaşı) olmuşdur.

Fəaliyyəti

redaktə

Cəmiyyətin məqsədi Bakıda yaşayan 17 yaşınadək uşaqların həyat şəraitini hərtərəfli öyrənmək, əhalini onların yaşayış tərzi və bütün ehtiyacları ilə geniş tanış etmək idi. Cəmiyyət xüsusi uşaq məhkəməsi təşkil etməklə, kimsəsiz uşaqların cinayətkar aləmdən uzaqlaşdırılmasına, onların yenidən tərbiyələndirilməsinə və cəmiyyətə faydalı vətəndaşlar kimi yetişdirilmələri üçün etibarlı əllərə verilməsinə səy göstərirdi. Uşaq məhkəməsinin nəzdində uşaq koloniyası vardı. Aprel işğalından (1920) sonra fəaliyyətini dayandırmışdır.[1]

Həmçinin bax

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyəti
  • Uşaqlara Yardım Bürosu

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 416. ISBN 9952-417-44-4.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Uşaqları_Mühafizə_Cəmiyyəti&oldid=5974089"
LOVE.AZ