UEFA Superkuboku — 1972-ci ildə əsası qoyulmuş hər il keçirilən futbol turniridir.[1] Hazırda kubok uğrunda UEFA Çempionlar Liqası qalibi ilə UEFA Avropa Liqası qalibi qarşılaşır.
UEFA Superkuboku oyunlarının siyahısı | |
---|---|
![]() | |
Açılış ili | 1972 |
Region | UEFA (Avropa) |
Komandaların sayı | 2 |
Son çempion |
![]() |
Ən uğurlu klub |
![]() |
![]() |
Kubok qarşılaşması 1972-ci ildən 1999-cu ilədək UEFA Kuboklar Kubokunu qazanan komanda ilə UEFA Çempionlar Liqasını qazanan komanda arasında keçirilirdi.[1] UEFA Superkuboku sonuncu dəfə bu formatda 1999-cu ildə — "Mançester Yunayted" və "Latsio" komandaları arasında oynanılıb: "Latsio" "Mançester Yunayted" üzərində 1:0 hesabı ilə qələbə qazanıb. Qalib 1997-ci ilədək hər iştirakçı komandanın stadionunda bir dəfə oynanılmaqla iki oyunun nəticəsinə görə müəyyənləşirdi. 1998-ci ildən neytral stadionda bir oyun keçirilir. Superkubok oyunu 1998-ci ildən 2012-ci ilədək Monakodakı "II Lui" stadionunda keçirilib.[2]
2000-ci ildən 2010-cu ilədək turnirdə UEFA Çempionlar Liqasının qalibi ilə UEFA Kubokunun qalibi qarşılaşıb. 2010-cu ildə UEFA Kubokunun adı UEFA Avropa Liqası olaraq dəyişdirildi. 2010-cu ildən bugünədək kubok uğrunda UEFA Çempionlar Liqasının qalibi ilə UEFA Avropa Liqasının qalibi qarşılaşır.
Ümumilikdə UEFA Superkubokunu 13 ölkədən 24 müxtəlif komanda qazanıb; turnir tarixinin ən uğurlu komandası, ümumi olaraq 6 dəfə çempionluq yaşayan İspaniyanın "Real Madrid" klubudur. "Kral klubu", həmçinin İspaniyanın digər təmsilçisi "Barselona" ilə birlikdə UEFA Superkubokunda ən çox iştirak etmiş (9 dəfə) komandadır. İspaniya turnirdə qələbə sayına görə birinci yeri tutur — 17; ümumilikdə İspaniya klubları turnirdə 31 dəfə iştirak ediblər.
Turnirin ilk qalibi — 1972-ci ildə Şotlandiyanın "Reyncers" komandasını iki oyunluq sistemlə keçirilən görüşdə ümumi olaraq 6-3 hesabı ilə məğlub edən Niderlandın "Ayaks" klubu olmuşdur. Sonuncu çempion — 14 avqust 2024-cü ildə "Atalanta" üzərində qələbə qazanan "Real Madrid" komandasıdır.
† | Oyun əlavə vaxtda başa çatmışdır |
†† | Qalib "Qızıl qol" qaydası ilə müəyyənləşib |
p | Qalib oyun sonrası penalti seriyasında müəyyənləşib |
* | UEFA Çempionlar Liqasının qalibi |
# | UEFA Kuboklar Kubokunun qalibi |
¤ | UEFA Avropa Liqasının qalibi |
o/k | Oyun keçirilməyib |
Klub | Qalib | Finalçı | Qalib olduğu il | Finalçı olduğu il |
---|---|---|---|---|
Real Madrid | 6 | 2 | 2002, 2014, 2016, 2017, 2022, 2024 | 1998, 2000 |
Barselona | 5 | 4 | 1992, 1997, 2009, 2011, 2015 | 1979, 1982, 1989, 2006 |
Milan | 5 | 2 | 1989, 1990, 1994, 2003, 2007 | 1973, 1993 |
Liverpul | 4 | 2 | 1977, 2001, 2005, 2019 | 1978, 1984 |
Ayaks | 3 | 1 | 1972, 1973, 1995 | 1987 |
Atletiko Madrid | 3 | 0 | 2010, 2012, 2018 | |
Bayern Münhen | 2 | 3 | 2013, 2020 | 1975, 1976, 2001 |
Çelsi | 2 | 3 | 1998, 2021 | 2012, 2013, 2019 |
Anderlext | 2 | 0 | 1976, 1978 | |
Valensiya | 2 | 0 | 1980, 2004 | |
Yuventus | 2 | 0 | 1984, 1996 | |
Sevilya | 1 | 5 | 2006 | 2007, 2014, 2015, 2016, 2020 |
Portu | 1 | 3 | 1987 | 2003, 2004, 2011 |
Mançester Yunayted | 1 | 3 | 1991 | 1999, 2008, 2017 |
Dinamo Kiyev | 1 | 1 | 1975 | 1986 |
Nottingem Forest | 1 | 1 | 1979 | 1980 |
Aston Villa | 1 | 0 | 1982 | |
Aberdin | 1 | 0 | 1983 | |
Styaua | 1 | 0 | 1986 | |
Mehelen | 1 | 0 | 1988 | |
Parma | 1 | 0 | 1993 | |
Latsio | 1 | 0 | 1999 | |
Qalatasaray | 1 | 0 | 2000 | |
Zenit | 1 | 0 | 2008 | |
Mançester Siti | 1 | 0 | 2023 | |
Hamburq | 0 | 2 | 1977, 1983 | |
Reyncers | 0 | 1 | 1972 | |
PSV | 0 | 1 | 1988 | |
Sampdoriya | 0 | 1 | 1990 | |
Srvena Zvezda | 0 | 1 | 1991 | |
Verder Bremen | 0 | 1 | 1992 | |
Arsenal | 0 | 1 | 1994 | |
Real Saraqosa | 0 | 1 | 1995 | |
Pari Sen-Jermen | 0 | 1 | 1996 | |
Borussiya Dortmund | 0 | 1 | 1997 | |
Feyenoord | 0 | 1 | 2002 | |
MOİK Moskva | 0 | 1 | 2005 | |
Şaxtyor Donetsk | 0 | 1 | 2009 | |
İnter | 0 | 1 | 2010 | |
Vilyarreal | 0 | 1 | 2021 | |
Ayntraxt Frankfurt | 0 | 1 | 2022 | |
Atalanta | 0 | 1 | 2024 |
Ölkə | Qalib | Məğlub |
---|---|---|
İspaniya | 17 | 14 |
İngiltərə | 10 | 10 |
İtaliya | 9 | 5 |
Belçika | 3 | 0 |
Almaniya | 2 | 8 |
Niderland | 2 | 3 |
Portuqaliya | 1 | 3 |
Rusiya | 1 | 1 |
Şotlandiya | 1 | 1 |
SSRİ [Qeyd 9] | 1 | 1 |
Rumıniya | 1 | 0 |
Türkiyə | 1 | 0 |
Fransa | 0 | 1 |
Ukrayna | 0 | 1 |
Yuqoslaviya[Qeyd 10] | 0 | 1 |
Turnir | Qalib | Məğlub | İst. |
---|---|---|---|
UEFA Çempionlar Liqası | 29 | 20 | [Qeyd 11] |
UEFA Kuboklar Kuboku | 12 | 12 | [Qeyd 12] |
UEFA Avropa Liqası | 8 | 17 | [Qeyd 13] |