. Love.az

Uss Liberty Hadisesi - Wikipedia - Love.az

Ana Səhifə - Uss Liberty Hadisesi

USS Liberty hadisəsi — 1967-ci ildəki Ərəb-İsrail müharibəsini müşahidə etmək üçün bölgəyə göndərilmiş yüngül silahlı (və tamamilə dinləmə-müşahidə cihazlarına sahib olduğu iddia edilən), Amerikan donanmasına aid USS Liberty zirehli gəmisinin 1967-ci il tarixində, beynəllxalq sularda, Sinay yarımadası yaxınlarında İsrail tərəfindən dənizdən və havadan hücuma məruz qalması hadisəsidir.[1] Gəmi təxminən 75 dəqiqə boyunca atəş altında tutulmuşdur.[2] Hadisə nəticəsində 34 nəfər ölmüş, 171 nəfər yaralanmışdır.[1] İsrail səhvliklə vurduğunu iddia etmiş və üzr istəmişdir. ABŞ üzrü qəbul etmişdir.[1] Həmçinin İsrail tərəfi ölən və yaralananların ailələrinə və gəmiyə dəyən ziyana görə ABŞ hökumətinə təzminat vermişdir.[2]

  • ABŞ konqresi önündə etirazçılar,"USS Liberty qulluqçuları İsrail tərəfindən öldürüldü və ABŞ tərəfindən aldadıldı"
    ABŞ konqresi önündə etirazçılar,"USS Liberty qulluqçuları İsrail tərəfindən öldürüldü və ABŞ tərəfindən aldadıldı"
  • USS Liberty hücumdan bir gün sonra
    USS Liberty hücumdan bir gün sonra
  • Gəminin torpedo mərmiləri nəticəsində yaranmış vəziyyəti
    Gəminin torpedo mərmiləri nəticəsində yaranmış vəziyyəti
  • Gəminin gövdəsi, göyərtəsi və bacası boyunca döyüş təyyarələrindən açılan atəş nəticəsində yaranan mərmi dəlikləri
    Gəminin gövdəsi, göyərtəsi və bacası boyunca döyüş təyyarələrindən açılan atəş nəticəsində yaranan mərmi dəlikləri

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "The Attack". 2011-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-27.
  2. ↑ 1 2 "A NEW LOOK AT ISRAEL'S BOMBING OF THE USS LIBERTY". 2019-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-27.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=USS_Liberty_hadisəsi&oldid=6687780"
LOVE.AZ