Übeyy ibn Kəb (I minillik, Mədinə – 649 və ya VII əsr, Mədinə, ərəb. أبي بن كعب) — Məhəmməd peyğəmbərin səhabələrindən və Əli ibn Əbu Talibin əshabından[1] biri, Quranın fəzilətləri barədə kitab yazan ilk müəllif.[2] Quranı gözəl oxumaq bacarığına görə o, Seyid əl-Qurra (qiraət edənlərin ağası) ləqəbini almışdır.
Ubeyy ibn Kəb | |
---|---|
![]() | |
Doğum tarixi | I minillik |
Doğum yeri | |
Vəfat tarixi | 649 və ya VII əsr |
Vəfat yeri | |
Fəaliyyəti | Katib, fəqih |
Tam adı Übey ibn Kəb ibn Qeys əl-Xəzrəcdir. Mədinədə doğulmuş və Xəzrəc qəbiləsindəndir. Müsəlmanların Mədinəyə hicrətindən əvvəl İslamı qəbul etmiş, Əqəbədəki ikinci beyyətinin iştirakçısı olmuşdur[3]. Bədr, Uhud, Xəndək döyüşü və digər müsəlmanların müşriklərə qarşı döyüşlərində iştirak etmişdir. Uhud döyüşündə Ubeyy ağır yaralanır.
Übey ibn Kəb İslamı qəbul etməmişdən əvvəl oxuyub yazmağı bilən nadir insanlardan idi. Hicrətdən sonra Mədinə əhli arasından onun birinci katibi olur. O, Məhəmmədə nazil olan İlahi vəhyləri yazmış və Quranı ən yaxşı oxuyan şəxs olmuşdur. Məhəmməd peyğəmbər onu Muaz ibn Cəbəl, Zeyd ibn Sabit və Əbu Zeyd kimi Quran alimləri ilə bərabər tutmuşdur. Mədinə məscidinə Quran müəllimi təyin edilir. Übey həm də Quranın təfsirinin böyük bilicisi idi və Mədinədə Quranın bütöv bir təfsiri məktəbinin əsasını qoymuşdur.
Übey fiqh üzrə mütəxəssis idi və Məhəmməd peyğəmbərin dövründə fətvalar verirmişdir. Ondan əlavə, belə bir şərəf Ömər ibn əl-Xəttab, Osman ibn Əffan, Əli ibn Əbu Talib, Muaz ibn Cəbəl və Zeyd ibn Sabitə verilmişdir. Məhəmməd peyğəmbər Ubeyyəni də dövlət vəzifələrinə təyin etmişdir. O, Bali, Uzra və Bənu Səad qəbilələrindən zəkat yığan şəxs idi.
Şeyx Müfidin[4], Şeyx Səduqun[5] və Əllamə Təbərsinin[6] nəqlinə əsasən, Übey ibn Kəb Peyğəmbərin vəfatından sonra yalnızca Əli ibn Əbu Talibi xəlifə kimi tanımışdır.
Tarixi qeydlərə görə Übey ibn Kəb Əbu Bəkrə qarşı açıq etirazını bildirmiş, Peyğəmbərdən sonra təkcə Əli ibn Əbu Talibin onun xələfi ola biləcəyini, Peyğəmbər tərəfindən bunun açıqca bildirildiyini və bunun Peyğəmbərin vəsiyyətini olduğunu söyləmişdir.
Əbul-Səlah Hələbinin qeydinə görə, Übey ibn Kəb Əli ibn Əbu Talibin şiələrindən biri idi.[7]
Şeyx Səduqun nəqlinə əsasən, Übey ibn Kəb Əli ibn Əbu Talib əvəzinə Əbu Bəkrin xəlifə seçilməsinə etiraz edən 12 nəfərdən biri idi.[8]
Übeyy bir çox fəzilətli xüsusiyyətləri ilə seçilir, zahid həyat tərzi keçirir, təqvalı və Allahdan qorxan bir insan idi. Peyğəmbərin vəfatından sonra ictimai və dövlət fəaliyyətini davam etdirmişdir. O, xəlifələr Əbu Bəkr və Ömərin ən yaxın adamı və məsləhətçisi idi.
Zəhəbinin nəqlinə əsasən, Ömər ibn Xəttab tərəfindən onun xəlifəliyi dövründə Übey ibn Kəbin dövlət vəzifəsi tutmağına icazə verilmir.[9] Übey buna etiraz etdikdə Ömər ibn Xəttab bunun səbəbi kimi Übeyin dininin ləkələnməsindən qorxduğunu söyləmişdir.
Übeyy ibn Kəbə təxminən 649-cu ildə vəfat etmişdir.
İbn ən-Nədim Übey ibn Kəbin Quranın fəzilətləri barədə bir kitab yazdığını qeyd edir.[10] Ağa Bozorg Tehraniyə görə, Übey ibn Kəbin Quranın fəzilətləri barədə yazdığı kitabı, bu mövzuda yazılmış ilk kitabdır.[11]
İlk dövr İslam qaynaqları Übeyin qiraətindən bəhs edir. İmam Cəfəri Sadiqdən nəql edilən hədis Übey ibn Kəbin qiraətinin Əhli-Beyt tərəfindən təsdiqləndiyini göstərir.[12]
Fəzl ibn Həsən Təbərsi "Məcməul Bəyan" kitabında Übey ibn Kəbdən Quranın bəzi surələrinin əzbərlənməsinin fəziləti barədə hədislər nəql etmişdir.[13]