Ukraynanın Müstəqillik Bəyannaməsi (ukr. Акт проголошення незалежності України) — 24 avqust 1991-ci ildə Ukrayna Ali Soveti tərəfindən qəbul edilmiş siyasi sənəd.[1] Bu sənəd Ukraynanın SSRİ tərkibindən çıxaraq müstəqil dövlət olduğunu bəyan edirdi. Ukraynanın Müstəqillik Bəyannaməsi postsovet məkanında yeni dövrün başlanğıcını qoydu.[2] Bu sənəd yalnız Ukraynanın deyil, digər müttəfiq respublikaların da dövlətçilik yolunu tutmasında mühüm rol oynadı. 1991-ci ilin sonuna qədər SSRİ faktiki olaraq fəaliyyətini dayandırdı.[3]
Ukraynanın Müstəqillik Bəyannaməsi | |
---|---|
![]() Aktın maşınla yazılmış versiyası | |
İmzalanma tarixi | 24 avqust 1991 |
Təsdiqlənib | 24 avqust 1991 |
İmzalanma yeri | Ukraynanın ali idarəetmə orqanlarının Mərkəzi Dövlət Arxivi, Kiyev |
Müəllif | Levko Lukianenko |
İmzalayanlar | Leonid Kravçuk |
Məqsədi | Müstəqillik bəyannaməsi |
1991-ci ilin avqustunda SSRİ-də avqust çevrilişi cəhdi baş tutdu.[4] Bu hadisə Sovet İttifaqında siyasi böhranı daha da dərinləşdirdi.[5]Qorbaçov hökumətinə inamın azalması və müttəfiq respublikaların öz müstəqilliklərini elan etməsi ilə bağlı dalğa yaranmışdı.[6] Bu şəraitdə Ukrayna rəhbərliyi ölkənin suverenliyini bərpa etməyə qərar verdi. 1991-ci il avqustun 24-də Ukrayna Ali Sovetinin növbədənkənar sessiyasında Müstəqillik Aktı qəbul olundu.[7] 321 deputat lehinə səs verdi, yalnız 2 nəfər əleyhinə çıxdı. Aktın qəbulu ilə eyni zamanda Ukraynanın müstəqilliyi məsələsinin ümumxalq referenduma çıxarılması barədə qərar verildi.[8] 1 dekabr 1991-ci ildə keçirilmiş referendumda seçicilərin 90,32%-i Ukraynanın müstəqilliyini dəstəklədi. Referendumla eyni gündə keçirilən prezident seçkilərində Leonid Kravçuk qalib gəldi. Ukraynanın müstəqilliyi ilk olaraq Polşa və Kanada tərəfindən tanındı.[9] Bir neçə gün ərzində dünyanın əksər ölkələri Ukraynanı müstəqil dövlət kimi tanıdı.[10]
Bəyannamədə aşağıdakı əsas məqamlar yer alır:[11]
Vikimənbədə Act of Declaration of Independence of Ukraine ilə əlaqəli mətnlər var. |
Fayl:Sovet İttifaqı | "Ukrayna" portalı |
---|