Uldis Berzinş (latış. Uldis Bērziņš; 17 may 1944[1], Riqa[1] – 24 mart 2021[2], Riqa) — latış şair və tərcüməçi.
Uldis Berzinş | |
---|---|
latış. Uldis Bērziņš | |
![]() | |
Doğum tarixi | 17 may 1944(1944-05-17)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 24 mart 2021(2021-03-24)[2] (76 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | dilçi, şair, tərcüməçi, yazıçı, siyasətçi |
Fəaliyyət illəri | 1980–2021 |
Əsərlərinin dili | Latış dili, isveç dili |
Mükafatları |
![]() |
Uldis Berzinş 1944-cü il may ayının 17-də Latviyanın paytaxtı Riqa şəhərində anadan olub. Latviya Universitetində latış filologiyasını öyrənib. İlk şeirlər toplusu 1980-ci ildə işıq üzü görüb. 1968–1971-ci illərdə Leninqrad Universitetinin Şərqşünaslıq kafedrasında türk dilini öyrənib. Moskva Dövlət Universitetinin Şərqşünaslıq və afrikaşünaslıq şöbəsində (fars və türk dilləri) təhsil alıb. Daşkənd Dövlət Universitetində (özbək dili üzrə), Reykyavik Universitetində (island dili üzrə), eləcə də Çexoslovakiyanın, İsveçin və digər ölkələrin universitetlərində oxuyub.
Polyak, rus, qədim island, türk, azərbaycan, türkmən, fars, qədim yəhudi, ərəb dillərindən tərcümələr edir, ivriti, tatar və çuvaş dillərini bilir.
Berzinş İncilin tərcüməsi məsələlərinə dair Amsterdam açıq universitetində keçirilən beynəlxalq seminarda, Quranın tərcüməsi məsələlərinə dair Lund universitetində təşkil olunan forumda iştirak edib. 2002-ci ildən Latviya Universitetinin müasir dillər fakültəsində türk dilini tədris edir.
Uldis Berzinş incil kitabları olan İovanın kitabı, Psaltiri, Solomonun pritçalar kitabını, Ekklesisastın kitabını latış dilinə tərcümə edib. 2009-cu ildə Quranın 15 ildir ki, üzərində işlədiyi tərcüməsini tamamlayıb və kitab 2011-ci ildə nəşr olunub.
Berzinşin şeirləri alman, isveç, eston, litva, çex, ingilis, island, bolqar, Azərbaycan və ukrayna dillərinə tərcümə olunub.