. Love.az

Ulduzlu Gece Tablo - Wikipedia - Love.az

Ana Səhifə - Ulduzlu Gece Tablo

Ulduzlu gecə (nid. De sterrennacht) — Hollandiyalı post-impressionist rəssam Vinsent van Qoqun 1889-cu ilin iyununda kətan üzərində yağlı boya ilə çəkdiyi tablosudur. O, bu əsərində günəş doğmadan əvvəl Sen-Remi-de-Provansdakı sığınacaq otağının şərqə baxan pəncərəsindən xəyali bir kənd əlavə etməklə mənzərəni təsvir etmişdir. Van Qoqun maqnum əsəri kimi tanınan "Ulduzlu gecə" əsəri 1941-ci ildən Nyu Yorkdakı Müasir İncəsənət Muzeyinin daimi kolleksiyasına daxildir.

Ulduzlu gecə
nid. De sterrennacht
Rəssam Vinsent van Qoq
Tarixi 1889
Üslubu peyzaj[2]
Ölçüləri 73,7 ± 0,1 sm[1] × 92,1 ± 0,1 sm[1]
Materialı Kətan, yağlı boya
Saxlanıldığı yer Nyu-York Müasir İncəsənət Muzeyi
Saytı vggallery.com/painting/p…
İnventar nömrəsi 472.1941[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Ruhi xəstəxana
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Ruhi xəstəxana

redaktə
 
Saint-Paul-de-Mausole monastırı

23 dekabr 1888-ci ildə sol qulağına zərər yetirdikdən sonra Van Qoq 8 may 1889-cu ildə könüllü olaraq Saint-Paul-de-Mausole dəlixanasına getdi. Saint-Paul-de-Mausole varlılara xidmət edirdi və Van Qoq gələndə o qədər də dolu deyildi. Buna görə də ona təkcə yatmaq üçün otaq deyil, həm də rəssamlıq emalatxanası kimi istifadə edə biləcəyi birinci mərtəbədəki otağı tutmağa imkan verdilər.

Van Qoq Sent-Remi-de-Provansdakı sığınacaqda qaldığı müddət ərzində karyerasının ən məşhur əsərlərindən bəzilərini, o cümlədən 1889-cu ilin may ayında çəkdiyi, hazırda J. Paul Getty Muzeyində olan Süsənlər və 1889-cu ilin sentyabrında çəkdiyi hazırda Orse muzeyində saxlanılan avtoportretini çəkmişdir.

 
Van Qoqun avtoportreti (1889)
 
Vinsent van Qoqun "Süsənlər" əsəri

Həmçinin bax

redaktə
  • Vinsent Van Qoq
  • Postimpressionizm
  • Həkim Qaşenin portreti
  • Kartof yeyənlər
  • Süsənlər
  • Günəbaxanlar
  • Qarğalarla taxıl sahəsi
  • Arlda yataq otağı
  • Gecə kafesi
  • Qırmızı üzüm bağı
  • Rona üzərində ulduzlu gecə

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 Museum of Modern Art online collection (ing.).
  2. ↑ RKDartists (nid.).

Xarici keçidlər

redaktə
  1. https://en.wikipedia.org/wiki/?q=The_Starry_Night
  2. https://en.wikipedia.org/wiki/?q=Museum_of_Modern_Art
  3. https://en.wikipedia.org/wiki/?q=Monastery_of_Saint-Paul_de_Mausole
  4. https://en.wikipedia.org/wiki/?q=J._Paul_Getty_Museum
  5. https://en.wikipedia.org/wiki/?q=Irises_(painting)
  6. https://en.wikipedia.org/wiki/?q=Mus%C3%A9e_d%27Orsay
  7. https://en.wikipedia.org/wiki/?q=Van_Gogh_self-portrait_(1889)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ulduzlu_gecə_(tablo)&oldid=7957748"
LOVE.AZ