Uluqbəy İsmətullayeviç Rəşidov (özb. Ulugbek Ismatullaevich Rashitov; 23 mart 2002[1], Daşkənd[2]) — Özbəkistanlı taekvondoçu, 68 kq çəki dərəcəsində ikiqat Olimpiya çempionu (2020 və 2024),[4] Asiya Oyunları və Asiya 2022 çempionu, Dünya çempionatı mükafatçısı, "Özbəkistan iftixori" fəxri adının sahibi.[5]
Uluqbəy Rəşidov | |||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
özb. Ulugbek Ismatullaevich Rashitov | |||||||||||||||||||||||
![]() | |||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||
Vətəndaşlığı |
![]() |
||||||||||||||||||||||
Milliyəti | özbək | ||||||||||||||||||||||
Doğum tarixi | 23 mart 2002(2002-03-23)[1] (23 yaş) | ||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||
Təhsili | |||||||||||||||||||||||
Boyu | 174 sm | ||||||||||||||||||||||
İdman növü | taekvondo | ||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||
![]() |
O, taekvondo üzrə Olimpiya qızılını qazanan yeganə Özbəkistan təmsilçisi, həmçinin tarixdə kişilər arasında dəfələrlə Olimpiya çempionu olmuş yeganə taekvondoçudur.
Uluqbəy Rəşidov 2018-ci ildə Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclər arasında 48 kq çəki dərəcəsində finalda rusiyalı Dmitri Şişkoya uduzaraq gümüş medal qazanmışdır.[6]
2019-cu ildə Rəşidov yeniyetmələr arasında Asiya çempionatında 55 kq çəki dərəcəsində qızıl medal qazanmışdır.[7] Elə həmin il o, 2019-cu il Hərbi Dünya Oyunlarında da 58 kq çəki dərəcəsində finalda çinli Lyan Yuişuayı məğlub edərək qızıl medal qazanmışdır.
2021-ci ildə Əmmanda (İordaniya) keçirilən Asiya Olimpiya təsnifat turnirində Tokioda keçirilmiş XXXII Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.[8]
2020-ci il Yay Olimpiya Oyunlarında o, 68 kq çəki dərəcəsində mübarizə aparıb, təsnifat mərhələsində Mali idmançısı Seydu Fofana qalib gəlib.[9] 1/8 finalda o, ikiqat olimpiya çempionu Cənubi Koreyadan olan Li De Hunu məğlub edib.[10] O, yarımfinalda Nedzad Husiçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib və 28:5 hesabı ilə qələbə qazanıb.[11] Finalda isə Böyük Britaniya taekvondoçusu Bredli Sindenə 34:29 hesabı ilə qalib gələrək Özbəkistan milli komandasının tarixində Olimpiya Oyunlarında taekvondo üzrə ilk qızıl medalı qazanmışdır.[12]
2023-cü ildə Bakıda keçirilən dünya çempionatında Rəşidov 68 kq çəki dərəcəsində bürünc medal qazanıb. Final döyüşündə Cənubi Koreyadan olan idmançı Jin Ho Juna məğlub olub.[13] Uluqbəy Rəşidov İtaliyada keçirilən Qran Pridə 68 kq çəki dərəcəsində qızıl medal qazanıb. Finalda o, macarıstanlı Levente Mark Jozsaya qalib gəlib.[14]