. Love.az

Unudulmus Qehreman Film 2005 - Wikipedia - Love.az

Ana Səhifə - Unudulmus Qehreman Film 2005
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 28 gün əvvəl Redivy (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Unudulmuş qəhrəman
Fayl:Unudulmuş qəhrəman (film, 2005).jpg
Janr sənədli film, tarixi film
Rejissor
  • Eldar Quliyev
Ssenari müəllifləri
  • Eldar Quliyev
  • Müsəllim Həsənov
Operator
  • Rafiq Quliyev
İstehsalçılar Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Azərbaycanfilm
İlk baxış tarixi 2005
Müddət 46 dəq.
Ölkə
  •  Azərbaycan
Dillər Azərbaycan dili, rus dili
Texniki məlumatlar 5 hissə
Rəng rəngli[d]

Mündəricat

  • 1 Məzmun
  • 2 Film haqqında
  • 3 Filmin heyəti
    • 3.1 Film üzərində işləyənlər
  • 4 Çəkilişə köməklik edən qurumlar
  • 5 Xarici keçidlər

Məzmun

redaktə

Kiyev, Minsk, Moskva, Tula… Bu qəhrəman şəhərlər sırasında təəssüf ki, bizim Bakının adı çəkilmir. Əslində Bakı neftçiləri müharibənin 1418 günü ərzində cəbhəni yanacaqla fasiləsiz təmin etmişdir. O dövrdə Sovet İttifaqında çıxarılan neftin 75 faizi Bakının payına düşürdü. Bu isə o deməkdir ki, hər 10 təyyarədən 7-i, hər 10 tankdan 7-i Bakı yanacağı ilə işləyirdi.

Film İkinci Dünya müharibəsi illərində qəhrəman Bakının və Bakı neftinin müharibə üçün böyük əhəmiyyətindən danışır. Bakı müharibə zamanı neft çatdırıb verməsəydi müharibədə qalib gəlmək xəyal olardı. Bu səbəbdən Hitlerin ən ümdə planlarından biri Bakını tutmaq və neft daşlarını ələ keçirmək idi. Hətta bu plandan xəbər tutan Stalin 1942-ci ildə Bakı mədənlərini partlatmaq üçün hazırlıq görülməsini əmr edir…

Film haqqında

redaktə

Filmdə Avropa bəstəkarların əsərlərindən istifadə edilmişdir.[1][2]

Filmin heyəti

redaktə

Film üzərində işləyənlər

redaktə
Quruluşçu rejissor: Eldar Quliyev
Aparıcı: Vasili Lanovoy
Ssenari müəllifi: Eldar Quliyev, Müsəllim Həsənov
Quruluşçu operator: Rafiq Quliyev
Montaj rejissoru: İqbal Məmmədəliyev
Rejissor: Akif Rüstəmov
Operator: Rəşad Nuriyev
Redaktor: Nadejda İsmayılova, Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi)
Musiqi redaktoru: Rauf Əliyev
Rejissor assistenti: Nonna Müzəffərova
Operator assistenti: Rasim Nəbiyev, Elman Əliyev, Orxan Məmmədov, Rasim Eyvazov, Ceyhun Quliyev
Mətni oxuyan: Eldəniz Rəsulov
Filmin direktoru: Vladimir Dudniçenko
Musiqilərindən istifadə edilən bəstəkar: Tofiq Quliyev ("Telefonçu Qız" bədii filminə yazdığı "Bakı" mahnısı), Üzeyir Hacıbəyov, Aqşin Əlizadə, Vaqif Mustafazadə, Əzizə Mustafazadə, Leonid Vaynşteyn

Çəkilişə köməklik edən qurumlar

redaktə
Azərbaycan Dövlət Kinofoto Sənədləri Arxivi
Azərbaycan Televiziyası

Xarici keçidlər

redaktə
  • Filmi izlə
  1. ↑ "Unudulmuş qəhrəman (2006) - sənədli film". Youtube.com.
  2. ↑ "145.Filmlərin adı:UNUDULMUŞ QƏHRƏMAN". www.azerbaijans.com.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Unudulmuş_qəhrəman_(film,_2005)&oldid=8112237"
LOVE.AZ