Urmiya şəhristanı (fars. شهرستان ارومیه) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının şəhristanlarından biri. Şəhristanın (və həmçinin bütün ostanın) inzibati mərkəzi Urmiya/Urmu şəhəridir.
Urmiya şəhristanı | |
---|---|
fars. شهرستان ارومیه | |
37°33′ şm. e. 45°00′ ş. u.HGYO |
|
Ölkə | İran |
Daxildir | Qərbi Azərbaycan ostanı |
İnzibati mərkəz | Urmiya (Urmu) |
Ən böyük şəhərləri | Urmiya (Urmu) |
Tarixi və coğrafiyası | |
Sahəsi | 5 251[1] km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
|
|
![]() |
Şəhristan Türkiyə Cümhuriyyətinin Van (çox qısa sərhədə sahibdir) və Hakkari illləri, həmçinin İraq Cümhuriyyətinin İraq Kürdüstanı bölgəsinə tabe olan Ərbil mühafəzası (həmçinin çox qısa sərhədə sahibdir) ilə həmsərhəddir.
Şəhristanın ərazisi 5251[3] km²-dir.
2006 sa. əsasən 856,914[4] (kişilər: 433,976 nəfər — qadınlar: 422,938 nəfər)[5] nəfərdir.
Urmiya şəhristanında əsasən azərbaycanlılar, qismən kürdlər, həmçinin az sayda ermənilər və assuriyalılar yaşayırlar.
Bəxşlər | 2006 s.a. | Milli çoxluq |
---|---|---|
Cəmi | 856 914 | azərbaycanlı |
Mərkəzi | 702 376 | azərbaycanlı |
Silvanə | 52 752 | kürd |
Sövmayə-i Bəradost | 39 802 | kürd |
Nazlı | 36 732 | azərbaycanlı |
Ənzəl | 25 252 | azərbaycanlı |
Urmiya şəhristanı beş bəxşə bölünür:
Urmiya şəhristanının beş şəhəri var.
Urmiya şəhristanının hal-hazırda 614 kəndi var ki, onlardan 8-ində əhali yaşamır.[3]
Cənubi Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |