. Love.az

Usta Qenber - Wikipedia - Love.az

Ana Səhifə - Usta Qenber

Usta Qənbər Qarabaği (1830-cu illər, Şuşa – 1905, Şuşa) — Azərbaycan rəssamı, dekorativ boyakarlıq və ornament ustası.

Usta Qənbər Qarabaği
Doğum tarixi 1830-cu illər
Doğum yeri
  • Şuşa, Şuşa qəzası
Vəfat tarixi 1905
Vəfat yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Fəaliyyəti rəssam, ornament ustası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Qənbər Rəhim oğlu Qarabaği 1830-cu ildə Şuşa şəhərində anadan olmuşdur. O, memar, nəqqaş kimi Yaxın Şərqdə tanınmışdı. Usta Qənbər 1905-ci ildə vəfat edib.

Usta Qənbərin Novruz (1868-?), Şükür (1874-?) adlı oğulları vardı. İkinci oğlu Usta Şükür atasının sənətini davam etdirmişdi.

Şuşada və Şəkidə bir sıra yaşayış evlərinin daxilini bəzəyən müxtəlif dekarativ panno və kompazisiyaların müəllifidir. Şuşada Mehmandarovun evindəki ornamentli və süjetli pannolar Usta Qənbər Qarabağinin ilk əsərlərindən, Rüstəmovun evindəki divar rəsmləri isə son işlərindən hesab edilir.

Şəki xanlarının sarayında çəkdiyi divar və tavan rəsmləri bədii-estetik dəyərinə görə Usta Qənbər Qarabağinin ən kamil əsərləridir. 19-cu əsrin sonunda sarayın bədii bərpası zamanı çəkdiyi bu rəsmlər məzmun və kompazisiya müxtəlifliyi, gül və çiçək, quş və heyvan təsvirlərinin realistliyi ilə seçilir. Rəssamın əsərlərində miniatür boyakarlığından gələn ənənəvi şərti dekarativ üslubla yeni ralistik təsvir üzvü əlaqələndirilmişdir. Onun şagirdlərindən oğlu Şükür, Qurbanəli, Əliqulu, Səfər və başqa rəssamlar Azərbaycan monumental-dekarativ boyakarlığının inkişafında əhəmiyyətli rol oynamışdır.

  • Şəki xan sarayındakı divar rəsmləri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • Mehmandarovların Şuşadakı evindəkı divar rəsmləri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • Səfi bəyin Şuşadakı evindəkı divar rəsmləri
  •  
  •  
  • İskəndər Rüstəmovun Şuşadakı evindəkı divar rəsmləri
  •  

Həmçinin bax

redaktə
  • Mehmandarovların evi

Əsərləri

redaktə

"Qızılgül və bülbül" (XIX əsr. Akvarel. R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində qorunub saxlanır)

  Rəssam ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Usta_Qənbər_Qarabaği&oldid=6648527"
LOVE.AZ