Uyğur soyqırımı — Çin hökuməti tərəfindən Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonu (SUMR, həmçinin Sincan) daxilində və ətrafında yaşayan etnik uyğurlara, o cümlədən digər etnik və dini azlıqlara qarşı törədilən insan hüquqları pozuntuları. Çin hökuməti 2014-cü ildən bəri[2] Çin Kommunist Partiyasının baş katibi Si Tsinpin rəhbərliyi dövründə əksəriyyəti uyğur olan bir milyondan çox müsəlmanın[3][4] heç bir qanuni proses olmadan həbs düşərgələrində saxlanılmasına gətirib çıxaran siyasət yürütmüşdür.[5][6] Bu, İkinci Dünya müharibəsindən bəri etnik və dini azlıqların ən böyük miqyaslı həbsdə saxlama halına çevrilmişdir.[7][8] Bu dövrdə minlərlə məscid dağıdılmış və ya zərər görmüş, yüz minlərlə uşaq zorla valideynlərindən ayrılmış və internat məktəblərinə göndərilmişdir.[9][10][11]
Uyğur soyqırımı | |
---|---|
![]() Sincandakı bir həbs düşərgəsində nitqlərə qulaq asan uyğur məhkumlar. 2017-ci ilin apreli.[1] | |
Ümumi məlumatlar | |
43°49′31″ şm. e. 87°36′50″ ş. u.HGYO | |
Yeri | Sintszyan-Uyğur Muxtar Rayonu, Çin |
Hücumun hədəfi | Uyğurlar, qazaxlar, qırğızlar və digər müsəlman türklər |
Tarix |
|
Hücum metodu | Məcburi abort, məcburi sterilizasiya, məcburi doğum nəzarəti, təcavüz, məcburi əmək, işgəncə, döyülmə, həbs düşərgələrində saxlama, beyinyuma |
Ölü sayı |
Naməlum təqribən 2 milyon məhkum |
Törədən(lər) | Çin Xalq Respublikası |
![]() |
Bu hərəkətlər Sincanda yaşayan xalqların zorakı yolla assimilyasiyası, eyni zamanda etnosid və ya mədəni soyqırım kimi izah edilmişdir.[12][13][14] Bəzi hökumətlər, aktivistlər, müstəqil QHT-lər, insan hüquqları ekspertləri, alimlər və mühacirətdə olan Şərqi Türkistan höküməti bunu Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada qanuni tərifə cavab verdiyindən soyqırım olaraq qəbul etmişdir.[15][16][17]
Çin hökumətinin siyasətinə uyğurların dövlət tərəfindən maliyyələşdirilən həbs düşərgələrində saxlanılması,[18][19][20] məcburi əmək,[21][22] uyğur dini tətbiqlərinin təzyiq altında saxlanılması,[23][24] siyasi təlqin,[25] kəskin qəddarlıq,[26] zorla sterilizasiya,[27][28] məcburi kontrasepsiya[29][30] və məcburi abort[31][32] daxildir. Çin dövlət statistikalarında 2015-ci ildən 2018-ci ilə qədər ən çox uyğur əhaliyə malik olan Xotan və Kaşğər bölgələrində doğum nisbətlərində 60%-dən çox azalma müşahidə edilmişdir.[28] Eyni dövrdə bütün ölkənin doğum nisbəti 9,69% azalmış, 1000 nəfərə 12,07 nəfərdən 10,9 nəfərə düşmüşdür.[33] Çinli rəsmilər Sincanda 2018-ci ildə doğum nisbətlərinin təxminən üçdə biri qədər azaldığını qəbul etmiş, lakin məcburi sterilizasiya və soyqırımı xəbərlərini təkzib etmişdir.[34] Sincanda doğum nisbətləri 2019-cu ildə 24% daha da azalmışdır, ölkə daxilində isə 4.2% azalma müşahidə olunmuşdu.[28]
Beynəlxalq reaksiyalar birmənalı olmamışdır. Birləşmiş Millətlər Təşkilatına (BM) üzv olan bəzi dövlətlər Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına Çinin Sincandakı siyasətini pisləyən açıqlamalar vermiş, digərləri isə Çinin siyasətini dəstəkləyən əks fikirləri dəstəkləmişdir.[35] 2020-ci ilin dekabr ayında Beynəlxalq Cinayət Məhkəməsi Çin üzərində yurisdiksiyası olmaması səbəbi ilə iddia edilən cinayətlərin əksəriyyəti üçün Çinə qarşı istintaq tədbirləri görməyi rədd etmişdir.[36][37] ABŞ Dövlət Departamentinin Hüquq Məsləhətçisi Ofisinin soyqırımı sübut etmək üçün kifayət qədər dəlil olmadığı qənaətinə gəlməsinə baxmayaraq,[38] 19 yanvar 2021-ci il tarixində qətiyyətli olduğunu elan edərək Çinin insan haqlarının pozduğunu elan edən ilk ölkə olmuşdur.[39] Kanadanın İcmalar palatası,[40] Niderland Parlamenti,[41] Böyük Britaniyanın İcmalar palatası[42] və Litva Seymi[43] də daxil olmaqla bir çox ölkədəki qanunverici orqanlar Çinin hərəkətlərini soyqırım kimi tanıyan qeyri-məcburi vəsatətlər qəbul etmişdir. Digər ölkələrdəki parlamentlər, məsələn, Yeni Zelandiya,[44] Belçika[45] və Çex Respublikası,[46] Çin hökumətinin uyğurlara münasibətini "ağır insan haqları pozuntusu" ya da insanlığa qarşı cinayət kimi təsvir edərək qınamışdır.
It is the largest mass internment of an ethnic-religious minority group since World War II.
A substantial majority of MPs — including most Liberals who participated — voted in favour of a Conservative motion that says China's actions in its western Xinjiang region meet the definition of genocide set out in the 1948 United Nations Genocide Convention. ... The final tally was 266 in favour and zero opposed. Two MPs formally abstained.