. Love.az

Uzaqserq Navaqasi - Wikipedia - Love.az

Ana Səhifə - Uzaqserq Navaqasi

Uzaqşərq navaqası (lat. Eleginus gracilis) — Treskakimilər dəstəsinə daxil olan dəniz balığı. Uzunluğu 50 sm (adətən 30—35 sm), çəkisi isə 0,5 kq olur. Əsasən Sakit okeannın şimal-qərb sahil ərazilərində yayılmışdır. Kürü tökmə dövrü dekabrdan fevrala qədər çəkir. 25-210 min kürü tökə bilir. Ovu sənaye əhəmiyyətlidir.

Uzaqşərq navaqası
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Uzaqşərq navaqası
Beynəlxalq elmi adı
  • Eleginus gracilis Tilesius, 1810[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  164708
NCBI  8047
EOL  46564409

Navaqalar soyuq sularda — əsasən Yapon, Oxot, Berinq və Çukot dənizlərində yayılmışlar. Yayda 30-60 metr dərinə enirlər. Bəxi fərdləri hətta çaylarla materik daxilində yerləşən göllərə qədər gələ bilirlər.

Əsasən qurdlar, xərçəbgkimilər, kürü, və kiçik balıqlarla qidalanırlar. Temperaturu 1,4—1,9 °С olan sularda üzürlər. Yetkin fərdin uzunluğu 25—35 sm olur. Ancaq bəzi fərdlərin uzunluğu 54 sm, çəkisi isə 1,3 kq ola bilir. Qış balıqovunda daha tez-tez tutulur.

Saxalin və Kamçatkanın körfəz və buxtalarında daha tez-tez rastlanılır.

Mənbə

redaktə
  • А. М. Tokranov, «Navaqa qışın ortasında buzlu sularda doğulur» Arxivləşdirilib 2016-01-30 at the Wayback Machine  (rus.)
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Uzaqşərq_navaqası&oldid=7409521"
LOVE.AZ