. Love.az

Uzaq Film 2002 - Wikipedia - Love.az

Ana Səhifə - Uzaq Film 2002

Uzaq — 2002-ci ildə rejissor və ssenarist Nuri Bilgə Ceylanın çəkdiyi Türkiyə filmi.

Uzaq
türk. Uzak
Janr dram filmi[1]
Əsas mövzu Orta yaş böhranı[2]
Rejissor
  • Nuri Bilgə Ceylan[1][2]
Prodüser
  • Nuri Bilgə Ceylan[2]
İcraçı prodüser Nuri Bilgə Ceylan
Ssenari müəllifləri
  • Nuri Bilgə Ceylan[2]
  • Cəmil Kavukçu
Operator
  • Nuri Bilgə Ceylan[2]
Bəstəkar
  • Volfqanq Amadey Motsart
Montajçı Nuri Bilgə Ceylan
İlk baxış tarixi 2002, 3 fevral 2005[3]
Müddət 109 dəq.
Ölkə
  •  Türkiyə[2]
Dil türk dili
Rəng rəngli[d]
Çəkiliş yeri İstanbul, Türkiyə
IMDb ID0346094

Mündəricat

  • 1 Film haqqında
  • 2 Rollarda
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Film haqqında

redaktə

Yenə Müzəffər Özdemir, Emin Toprak və Nuri Bilge Ceylan triosu Avropanı fəth edir. Bu dəfə "Kann"da "Jüri mükafatı" Nuriyə bu böyük filminə görə təqdim edilir. "Antalya", "İstanbul", "Ankara", "Meksika", "Çikaqo", "Monpelye", "Trieste", "Beyrut" film festivallarında, "Siyad" və "Orhan Anburnu mükafatları"nda qucaq dolusu mükafatlar qazanır. "Uzaq" avtobioqrafiya kimi qeyd olunmasa da Nurinin həyatına bələd olan insan bu filmdə onu asanlıqla görə bilər. Mükəmməl görüntülərlə Avropa rejissorlarına meydan oxudu bu filmi ilə Nuri və illər sonra Kannda yenə alqışlar bir Türk üçün coşdu. Yusuf Güney və Şerif Görenden sonra Nuri Bilge Ceylan vətənini layiqincə təmsil etmişdi. Həm də çox az büdcəsi olan filmlə. Film tənqidçilər tərəfindən də müsbət qarşılandı və hazırda da müxtəlif sorğularda son 20 ilin ən yaxşı 10 filmindən biri kimi qeyd olunur. Nuri bu filmi ilə Kşiştof Keslevski və Tarkovskidən təsirlənib.

Filmdə əsas rola görə Kann, Ankara və Antalyada "Ən yaxşı aktyor" olan Mehmet Emin Toprak "Ankara festivalı"ndan qayıdarkən yol qəzasına uğrayır və 28 yaşında dünyasını dəyişir. Bu Nuri Bilge Ceylan üçün faciə olur və rejissor bu itki ilə uzun müddət barışa bilmir.

Rollarda

redaktə
  • Muzaffer Özdemir ~ Mahmut
  • Mehmet Emin Toprak ~ Yusuf
  • Zuhal Gencer Erkaya ~ Nazan
  • Nazan Kırılmış
  • Ebru Yapıcı
  • Feridun Koç
  • Fatma Ceylan

İstinadlar

redaktə
  1. ↑ 1 2 http://www.imdb.com/title/tt0346094/.
  2. ↑ 1 2 3 4 5 6 7 europeanfilmawards.eu.
  3. ↑ http://www.kinokalender.com/film4266_uzak-weit.html.

Xarici keçidlər

redaktə
  • Nuri Bilge Ceylan'ın resmi sitesinde Uzak Arxivləşdirilib 2015-02-21 at the Wayback Machine
  • IMDB sayfası
  • Sinematurk.com Arxivləşdirilib 2005-05-11 at the Wayback Machine
  • Nuribilgeceylan.com
Film haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Uzaq_(film,_2002)&oldid=7102466"
LOVE.AZ