Uzaq sahillərdə — rejissor Tofiq Tağızadənin İkinci Dünya müharibəsindən bəhs edən filmi. Dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilmişdir.[2]
Uzaq sahillərdə | |
---|---|
![]() Filmin afişası | |
Janr |
macəra bioqrafik müharibə |
Rejissor | Tofiq Tağızadə |
Əsərin müəllifləri |
İmran Qasımov Həsən Seyidbəyli |
Ssenari müəllifləri |
İmran Qasımov Həsən Seyidbəyli |
Baş rollarda |
Nodar Şaşıqoğlu Yuri Boqolyubov A. Yelikoyeva Ələsgər Ələkbərov Lev Bordukov Andrey Fayt Qriqori Şpigel Nikolay Boqolyubov Adil İsgəndərov |
Operator | Əlisəttar Atakişiyev |
Bəstəkar | Qara Qarayev |
Rəssamlar | Cəbrayıl Əzimov, Kamil Nəcəfzadə |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 18 avqust 1958[1] |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 89 dəq. |
Ölkə |
![]() |
Dil | Azərbaycan dili |
İl | 1958 |
Texniki məlumatlar |
9 hissə 2536 metr 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID0314421 |
Kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir.
Film 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalının diplomuma layiq görülmüş və bəstəkar Qara Qarayevə filmin musiqisinə görə II mükafat verilmişdir. Film həmçinin Daşkənd kinofestivalının qalibi (1959) olmuşdur.[3]
Filmin alman dilindəki versiyası 1959-cu ildə 'Damals in Triest' adı ilə nümayiş etdirilmişdir. Film 2025-ci ildə Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü ilə Berlində rəqəmsal olaraq bərpa edilib. 2025-cü ilin aprelində, filmin bərpa olunmuş versiyası Berlinin Urania elm mərkəzində nümayiş olunub və tədbir faşizm üzərində Qələbənin 80-ci ildönümünə həsr edilib.[4]