. Love.az

Uzunsov Ardic - Wikipedia - Love.az

Ana Səhifə - Uzunsov Ardic

Juniperus communis var. saxatilis (lat. Juniperus communis var. saxatilis) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinin adi ardıc növünə aid bitki yarımnövü.

Juniperus communis var. saxatilis
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
Sərvlər
Dəstə:
Sərvlər
Fəsilə:
Sərvkimilər
Yarımfəsilə:
Sərvkimilər
Cins:
Ardıc
Növ:
Adi ardıc
Yarımnöv:
Juniperus communis var. saxatilis
Beynəlxalq elmi adı
  • Juniperus communis var. saxatilis
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
ITIS  194830
NCBI  244309

Kiçik Asiya dan təsvir edilmişdir. Alçaqboyu, yerə sərilən və ya sürülən koldur. Cavan budaqları sarımtıl-qırmızıya çalır. Yaşlı budaqlarının rəngi bozdur, iynəyarpaqları sıx, xətvarı olub, ağ zolaqlıdır. Yarpaqlarının uzunluğu 10-16 mm-ə qədərdir, kirəmit kimi bir-birinin üzərinə sərilmişdir, azca əyridir, neştərvarı-xətvarıdır, ucu qısa və sivridir, üst tərəfi azca novaoxşardır, alt tərəfində küt bir tili vardır. Qozaları saplaqsız və ya qısa ayaqcıqlar üzərində kürəşəkilli, qara rəngdədir, üstündə göyümtül ləkə vardır, diametri 6-9 mm, yarpaqları boyda və ya çox vaxt onlardan bir qədər uzundur. Təpə hissəsindəki pulcuqları çətinliklə nəzərə çarpan çapıq şəklindədir. Toxumları 2-3 ədəd olub, qonurumtul rəngdə, aydın görünməyən üçüzlüdür, üzəri qırışıqdır.

Azərbaycan da Böyük Qafqaz da Quba və Qusar rayonlarında, Kiçik Qafqaz da Qoşqarçay hövzəsində supalp və alp çəmənliklərində, dəniz səviyyəsindən 1800-2500 m yüksəklikdə yayılmışdir. Soyuğadavamlı, torpağa az tələbkar bitkidir. Qayalarda, çınqıllı-daşlı yamaclarda bitir. Yüksək dağ rayonlarında eroziyaya qarşı mübarizədə, daşlı-qayalı yamacları bərkitmək üçün yararlı bitkidir. 1 hektar sahədə əkilmiş ardıc təxminən 30 kq fitonsid maddə ifraz edir. Ondan düzəldilən preparatlar böyrək və sidik kisəsi iltihabında, ekzemaların müalicəsində, yağından revmatizmdə, poliartritdə və radikulitdə, kökləri ağciyər vərəminin, bronxitin, dəri xəstəliklərinin müalicəsində, ədviyyat kimi şirniyyat sənayesində istifadə edilir. Oduncağından qələm düzəldilir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Juniperus_communis_var._saxatilis&oldid=7146346"
LOVE.AZ