Aslanov Vüqar Nurəddin oğlu (Vüqar Dəmirbəyli) (1964, Goranboy) — Azərbaycan yazıçısı, jurnalist.
Vüqar Dəmirbəyli | |
---|---|
Vüqar Nurəddin oğlu Dəmirbəyli | |
![]() | |
Doğum adı | Vüqar Aslanov |
Təxəllüsü | Вугар Дамирбейли, Vüqar Dəmirbəyli |
Doğum tarixi | |
Doğum yeri | Goranboy |
Təhsili | BDU və Johannes Gutenberg Mainz universiteti |
Fəaliyyəti | yazıçı, publisist, ssenarist, dramaturq |
Fəaliyyət illəri | 1980-ci ildən |
Əsərlərinin dili | Azərbaycan, rus və alman dilləri |
İstiqamət | Nəsr |
Janr | sosial-psixoloji nəsr |
İlk əsəri | Süpürgəsatan (1980) |
Tanınmış əsərləri |
"Abbasla Məhər", "Dağlarda", "Dəli Alının yuxusu", "Zabit, "Praktika", "Əbədi mövsümçülər", "Kölgə", "Развозчик молока", "На хлопковых плантациях", "Сын врача", "Дивизион", "Flut und Sterblichkeit", "Die Verbrennung der Schlangen", "Es ging nicht anders" və s. |
Mükafatları | |
wortesschatz.de | |
![]() |
Vüqar Dəmirbəyli 1964-cü ildə Goranboy şəhərində anadan olub. 1982-ci ildə BDU-nun filologiya fakültəsinə daxil olduqdan sonra 1983-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağrılmışdır. 1985-ci ildən təhsilini davam etdirmiş və 1990-cı ildə BDU-nun filologiya fakültəsini bitirmişdir.
1990-cı ildən başlayaraq "Tərəqqi", "Vışka", "Addım" və "Yol" kimi qəzetlərdə işləmiş və ya yaxından əməkdaşlıq etmişdir. 1995-ci ildə "Kompas" ədəbi-ictimai qəzetini və 1996-cı ildə "Səmt" informasiya agentliyini təsis etmiş, həm də onların baş redaktoru və direktoru işləmişdir. 1997-ci ildə onun "Gənclik" nəşriyyatı tərəfindən "Süddaşıyan", 1999-cu ildə isə "Ozan" nəşriyyatı tərəfindən "Amerika kəşfiyyatçısi Azərbaycanda" nəsr kitabları çap olunmuşdur. Bundan başqa "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" və "Çıraq" ədəbi jurnallarında hekayə və povestləri dərc edilmişdir.
1997-ci ildə Almaniyaya köçmüşdür. Mainz, Frankfurt və Giessen universitetlərində kinoşünaslıq, teatrşünaslıq və slavyan filologiyası üzrə təhsil almışdır. Onun Almaniyanın "Wostok" və "Kulturaustausch" jurnallarında, "Frankfurter Neue Presse", "Neues Deutschland", "Frankfurter Rundschau", "taz", "Salzburger Nachrichten", "Thüringer Allgemeine", "Volksstimme", "Schweriner Volkszeitung", "Mittelbayerische Zeitung", "Moskauer Deutsche Zeitung", "Lausitzer Rundschau" qəzetlərində Azərbaycan, Rusiya, Qafqaz, Xəzər bölgəsi və Orta Asiya ilə bağlı yazıları çap olunmuşdur. Bundan başqa o Almaniyanın müxtəlif şəhərlərində öz əsərlərinin ədəbi oxusunu keçirməkdədir. V. Dəmirbəylinin "Pambıq plantasiyalarında" povestinin 2004-cü ildə Bavariya radiosunda ədəbi oxusu keçirilmişdir. Berlində yerləşən "Wostok" nəşriyyatı 2007-ci ildə onun "Auf den Baumwollfeldern" ("Pambıq plantasiyalarında") adı altında hekayələr toplusunu[1], 2012-ci ildə isə "Die verspätete Kolonne" ("Division")[2] romanını alman dilində çapdan buraxmışdır.