. Love.az

Vuqar Suleymanov - Wikipedia - Love.az

Ana Səhifə - Vuqar Suleymanov

Vüqar Əhəd oğlu Süleymanov (7 may 1965) — Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri.

Vüqar Süleymanov
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi
Vəzifədədir
4 fevral 2021-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 7 may 1965(1965-05-07) (60 yaş)
Təhsili
  • Moskva Dövlət Universiteti,
  • Azərbaycan Dövlət İqtisad Universiteti

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
  • 2 Fəaliyyəti
    • 2.1 Əmək fəaliyyəti
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Həyatı

redaktə

Vüqar Süleymanov 7 may 1965-ci ildə anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr sahəsində iqtisadçı ixtisasını bitirib.

1988-ci ildən 1994-cü ilədək Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

Ailəsi

redaktə

Ailəlidir, 3 övladı var.

Fəaliyyəti

redaktə

Əmək fəaliyyəti

redaktə
  • 1994–2002-ci illərdə özəl təşkilatlarda çalışıb. 2002–2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis kimi fəaliyyət göstərib.
  • 2018–2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifələrini icra edib.[1]
  • 21 aprel 2020-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib.[2]
  • 4 fevral 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.[3][4]

Həmçinin bax

redaktə

Minatəmizləmə Agentliyi (Azərbaycan)

"Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı

İstinadlar

redaktə
  1. ↑ "Minatəmizləmə Agentliyinin sədri vəzifəsinə təyinat olub - Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib". Report.az.
  2. ↑ "Prezident İlham Əliyev Vüqar Süleymanovun Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb". 1news.az.
  3. ↑ "V.Ə.Süleymanovun Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az. 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-11.
  4. ↑ "Prezidentin vəzifə verdiyi Vüqar Süleymanov kimdir?". Azvision.az.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vüqar_Süleymanov&oldid=7769830"
LOVE.AZ