. Love.az

Vusale Eliyeva - Wikipedia - Love.az

Ana Səhifə - Vusale Eliyeva

Vüsalə Abazər qızı Əliyeva (2 sentyabr 1981, Cəhri, Babək rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırışlarının deputatı.

Vüsalə Əliyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırışlarının deputatı
Vəzifədədir
2015-ci ildən
Seçki dairəsi2015 — 2 sayılı Heydərabad
2020 — 2 sayılı Heydərabad
ƏvvəlkiAnar Səfərov
Şəxsi məlumatlar
Doğum tarixi 2 sentyabr 1981(1981-09-02) (43 yaş)
Doğum yeri
  • Cəhri, Babək rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • "Naxçıvan" Universiteti (1999–2003)
Fəaliyyəti siyasətçi

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
    • 1.2 Siyasi fəaliyyəti
    • 1.3 İstinadlar
  • 2 Mənbə

Həyatı

redaktə

Vüsalə Əliyeva 2 sentyabr 1981-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 1987–1998-ci illərdə Babək rayonu Cəhri kənd 1 nömrəli orta məktəbini fərqlənmə attestatı ilə bitirmişdir.

1999–2003-cü illərdə isə Naxçıvan Özəl Universitetinin Filologiya Fakültəsinin Azərbaycan dili və Ədəbiyyat ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

2003-cü ildən 2010-cu ilədək Sədərək rayonu Sədərk kənd 1 nömrəli orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi işləmişdir.

2010-cu ildən Sədərək kənd 2 nömrəli orta məktəbində kitabxana müdiri və müəllimə kimi çalışmışdır.

Ailəsi

redaktə

Ailəlidir, 2 övladı var.

Siyasi fəaliyyəti

redaktə

2011-ci il 21 noyabr tarixindən Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatında Qadınlar Şurasının sədridir.

Naxçıvan Ali Məclisinin V və VI çağırışlarının üzvü olmuşdur.

Hal-hazırda Naxçıvan Ali Məclisinin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin[1] və İntizam komissiyasının üzvüdür.[2]

İstinadlar

redaktə
  1. ↑ "Naxçıvan Ali Məclisinin komitələrinin sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı". 24.02.2020. 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2020.
  2. ↑ "Naxçıvan Ali Məclisinin İntizam Komissiyasının üzvlər seçilib" ( (az.)). 23.05.2020. 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.08.2020.

Mənbə

redaktə
  • Vüsalə Əliyeva
  • YAP Naxçıvan MR Təşkilatı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vüsalə_Əliyeva&oldid=7774185"
LOVE.AZ