Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 44 saat əvvəl Freiheiten (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Vüsal Sədaqət oğlu Mustafayev (d.16 noyabr 1983-cü il, Bakı) - Azərbaycan teatr və kino aktyoru.
Vüsal Mustafayev | |
---|---|
Mustafayev Vüsal Sədaqət oğlu | |
Doğum tarixi | (41 yaş) |
Doğum yeri | Sumqayıt |
Vətəndaşlığı |
![]() |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 2006-cı ildən bü günə kimi |
Mustafayev Vüsal Sədaqət oğlu 1983-cü il noyabr ayının 16-da Sumqayıt şəhərində anadan olub. 2000-ci ildə Həzi Aslanov adına 22 nömrəli məktəbin 11-ci sinfini bitirib. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino fakültəsinə qəbul olub və 2005-ci ildə həmin universiteti bitirib.
2006-cı ildə Azərpaşa Nemətovun dəvəti ilə Azərbaycan Teatr Xadimlər İttifaqında hazırlanmış bir neçə tamaşalarda rol alıb. 2008- 2011-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işləyib. 2011-ci ilin yanvar ayından Azərbaycan Akademik Milli Dram Teatrında aktyor işləyir.
2011-ci il fevral ayının 2-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə "ilin gənc aktyoru" adına layiq görülüb. 10 may 2022-ci ildə[1], 6 may 2023-cü ildə[2] və 9 may 2024-cü ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.