Vüsal Əfras oğlu Qasımlı (7 aprel 1975, İmişli) — Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru,[1] iqtisad elmləri doktoru, professor.
Vüsal Qasımlı | |
---|---|
Vüsal Əfras oğlu Qasımlı | |
![]() | |
Doğum tarixi | 7 aprel 1975(1975-04-07) (50 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yerləri | |
Təhsili |
|
Mükafatları |
![]() |
![]() |
Vüsal Qasımlı 1975-ci il aprelin 7-də İmişli şəhərində anadan olmuşdur.
İmişli şəhər 34 saylı məktəbi bitirdikdən sonra 1993-cü ildə ən yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olaraq ali təhsil alıb. Vüsal Qasımlının ikinci ixtisası Gürcüstan İctimai Əlaqələr İnstitutundan [2] aldığı jurnalistika üzrə magistr dərəcəsidir.
Vüsal Qasımlı 2009-cu ildə iqtisad üzrə fəlsəfə doktoru və 2017-ci ildə isə iqtisad elmləri doktoru alimlik dərəcəsini müdafiə etmişdir. 2013-cü ildə Vüsal Qasımlıya dosent və 2021-ci ildə isə Prezident yanında Dövlət idarəçilik Akademiyasının professoru [3] elmi adları verilmişdir.
Vüsal Qasımlı 2021-ci ildə Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində “İqtisadi artımın idarəedilməsi” mövzusunda rəhbər kadrların hazırlanması proqramı üzrə məzun olmuşdur.
Vüsal Qasımlı 2022-2023-cü illərdə Oxford Universitetində "Strategiya və innovasiya üzrə" birillik proqramda oxuyaraq magistr səviyyəli “postgraduate” diplom almışdır.
O, 2005-2007-ci illərdə ANS-Press Nəşriyyat Evinin prezidenti olmuşdur. 2007-2011-ci illərdə Avropa İttifaqı, Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JİCA) və bir sıra beynəlxalq qurumların həyata keçirdiyi layihələrdə çalışmışdır.
2011-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri vəzifəsində işləmişdir.
2015-ci ildə Vüsal Qasımlı Böyük İyirmiliyin beyin mərkəzlərinin T20 platformasında Azərbaycanı təmsil etmişdir.
O, 2016-cı ildə Asiya İnkişaf Bankının iqtisadi inkişaf məsələləri üzrə məsləhətçisi olmuşdur.
Vüsal Qasımlı 2016-cı ilin may ayının 2-dən Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında yaradılmış[4] İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorudur.
Vüsal Qasımlı 2021-ci ildə BMT-nin Asiya və Sakit Okean Komissiyasının koordinatoru təyin olunmuşdur.
Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin" hazırlanmasında yaxından iştirak etmişdir. V.Qasımlının icraçı direktor olduğu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi strateji yol xəritələrin hazırlanması üçün 400 nəfər xarici və yerli ekspertin çalışdığı bir platformaya çevrilmişdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azexport.az[5], Rəqəmsal Ticarət Qovşağı[6], Enterprise Azerbaijan[7] və Bir Pəncərə İxraca Dəstək Mərkəzi kimi layihələrin həyata keçirilməsini təmin etmişdir.
Vüsal Qasımlı "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının əsasında yaradılmış hökumət komissiyasının üzvüdür[1].
Milliyətcə azərbaycanlıdır. Ailəlidir və üç övladı var.
Vüsal Qasımlı 2009-cu ildə iqtisad üzrə fəlsəfə doktoru və 2017-ci ildə isə iqtisad elmləri doktoru alimlik dərəcəsini müdafiə etmişdir.
Vüsal Qasımlıya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 19.04.2024-cü il tarixli qərarı ilə professor elmi adı verilmişdir.[8]
2010-2014-cü illərdə V.Qasımlı UNEC-də Xüsusi İstedadlar Qrupu və MBA proqramı üzrə pedaqoji fəaliyyətlə məşğul olub.
V.Qasımlı Vaşinqton Universiteti, Kaliforniya Universiteti, Qahirə Amerika Univeristeti, Varşava Universiteti, Seulun Hanyan və Hankuk universitetləri və Rio-de-Janeyro Universitetində ictimai mühazirələr oxumuşdur.
2013-cü ildə V. Qasımlı Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunda qonaq alim kimi çalışmışdır.
Vüsal Qasımlı 2021-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor kimi çalışır.
Onun Azərbaycan, rus, koreya və ingilis dillərində 10 kitabı və 500-ə qədər elmi və publisistik məqaləsi var.
Vüsal Qasımlının 10 kitabı Azərbaycanda, Türkiyədə, Almaniyada və İtaliyada nəşr edilmişdir.
V.Qasımlı Azərbaycan, ingilis, rus, türk və ispan (elementar səviyyədə) dillərini bilir.