Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 4 gün əvvəl Freiheiten (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Vəcihə Ramazan qızı Zöhrabova — Azərbaycanlı alim, Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent.
Vəcihə Zöhrabova | |
---|---|
Vəcihə Ramazan qızı Zöhrabova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Elmi dərəcəsi | |
Təhsili | |
Mükafatları |
Vəcihə Ramazan qızı Zöhrabova – 20 may 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur.
O, 1960-cı ildə "qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirmiş və Geologiya İnstitutunda işləməyə başlamışdır.
Geologiya-mineralogiya üzrə fəlsəfə doktorudur, elmi rütbəsi dosentdir.
Vəcihə Zöhrabovanın elmi fəaliyyəti qeyri-filiz faydalı qazıntıların litologiyası və mineralogiyasının öyrənilməsi ilə bağlıdır. O, 1989-cu ildə "Şamaxı-Qobustan bölgəsinin eosen bentonit təzahürlərinin əmələ gəlmə şəraiti və maddi tərkibi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Şixandağ yatağını kəşf və tədqiq etmişdir. Əmbizlər, Qabandağ, Ağdərə, Yunusdağ-Ağburun, Kemçi və s. qələvili bentonit təzahürlərini aşkar etmişdir.
Vəcihə Zöhrabova 1973-1978-ci illərdə "Qeyri-metallik faydalı qazıntıların geologiyası və mineralogiyası" laboratoriyasının əməkdaşları ilə birlikdə Tovuz və Qazax rayonları ərazisində yerləşən seolitləşmiş tuflar (Aydağ və Yuxarı Öksürlü yataqları), bentonit gilləri (Daşsalahlı və Qaymaqlı yataqları) və kaolinləşmiş süxurların (Kotandağ və Kəmərli yataqları) tədqiqatı ilə məşğul olmuşdur. Bu illər ərzində həmin faydalı qazıntıların əmələgəlmə şəraiti, mineraloji tərkibi və digər xüsusiyyətləri öyrənilmiş, onların tətbiq sahələri müəyyənləşdirilmişdir.
V.R.Zöhrabova 1980-ci ildən başlayaraq Naxçıvan MR ərazisində geniş yayılmış seolitləşmiş və kaolinləşmiş süxurların tədqiqi ilə məşğul olmuşdur. O, Muxtar Respublikanın şimal-qərbində (Remeşin, Kükü, Zırnel, Kolanı, Qışlaq, Gömür) və cənub-şərqində (Nəsirvaz) təzahür etmiş kaolinləşmə, kvarslaşma, serisitləşmə və digər dəyişmələrə məruz qalmış süxurların mineral tərkibləri, reoloji və başqa xüsusiyyətlərini tədqiq etmişdir. Küküçay hövzəsində onun aşkar etdiyi kaolinit-dikkit tərkibli zona süxurlarının çini sənayesi üçün yararlı olduğu müəyyən edilmiş və kəşflər komissiyası tərəfindən təsdiq edilmişdir. 1982-1985-ci illərdə V.R.Zöhrabova Naxçıvan MR-nın şimal-qərbində Qabıllı kəndi ətrafındakı miosen (alt və orta sarmat) süxurlarında yerləşmiş palıqorskit-pilolit tərkibli gillərin tədqiqi ilə məşğul olmuşdur.
Vəcihə Zöhrabovanın 60-dan çox çap olunmuş elmi əsəri vardır. O, 2 monoqrafiyanın, 30 elmi hesabatın həmmüəllifidir.
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 55 məqaləsi çap olunmuşdur.
Bir sıra Respublika və Beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
Hazırda Azərbaycan MEA Geologiya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.