. Love.az

Veli Lezgiyev - Wikipedia - Love.az

Ana Səhifə - Veli Lezgiyev

Vəli Ləzgiyev və ya təxəllüsü ilə Səyyar Vəli[1] — Azərbaycan şairi, hərbçisi, İkinci Dünya müharibəsi iştirakçısı. O, partizan hərəkatında iştirak etmişdir.

Vəli Ləzgiyev
Doğum tarixi 1909
Doğum yeri
  • Kəmərli, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1968
Fəaliyyəti şair, partizan

Həyatı

redaktə

Vəli Ləzgiyev 1909-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. “Səyyar” təxəllüsü ilə tanınırdı. İbtidai təhsilini Kəmərli kəndində almışdır. Qazax Pedaqoji Texnikumunu bitirərək orta təhsil almışdır. Qazax Pedaqoji Seminariyasını müvəffəqiyyətlə bitirmişdir. 1938-ci ildə Tiflisdə iki illik Müəllimlər İnstitunu bitirib. Ərəb və fars dillərini bilirdi. Gürcüstanın rayonlarında müəllim, maarif şöbə müdri, inspektor və s.vəzifələrdə çalışmışdır.[2]

1941-ci ildə Vətən müharibəsinə səfərbər olunmuşdur. İkinci Dünya müharibəsi illərində Almanlara əsr düşmüş, lakin əsirlikdən qaçaraq Şimali İtaliyada partizan Mehdi Hüseynzadənin “Partizan Hərakatı”na qoşulmuşdu.[3]

Vəli Ləzgiyev 1968-ci ildə vəfat etmiş və Kəmərli kəndində dəfn edilmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Qazax Information Center | Səyyar təxəllüslü Ləzgiyev Vəli". qazax.biz.
  2. ↑ . [1] anl.az Məmməd Dəmirçioğlu Ədalət.-2011.-10 dekabr.- S.18.  (az.)
  3. ↑ . [2] Arxivləşdirilib 2016-05-29 at the Wayback Machine Qazax information centre  (az.)
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vəli_Ləzgiyev&oldid=8076824"
LOVE.AZ