Vəliyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Vəliyevlər | |
---|---|
![]() Nəcəfqulu bəy, Məhəmmədhəsən bəy, Cəmil bəy 1911-ci ildə. | |
Titul | Bəy |
Əcdadı | Bayramxan bəy Baharlı |
Mənşəyi | Qarabağ, Şuşa |
Təbəəliyi |
Qarabağ xanlığı,![]() |
Torpaqları | Baharlı |
Bu soyun ulu babası Bayramxan bəy Baharlıdır. XVIII əsrin ortalarında Qarabağda yaşamışdı. Bayramxan bəyin Vəli bəy adlı oğlu vardı.
Vəli bəy Qarabağın Kəbirli mahalının Baharlı obasında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. O, İbrahimxəlil xanın divanında vəzir vəzifəsində çalışmışdı.
Mirzə Vəli bəyin törəmələri Vəlibəyov, Vəliyev, Vəlizadə, Vəlili soyadlarını daşıyırdılar.
Mirzə Vəli bəyin İmamverdi bəy, Həşim bəy, İbrahim bəy, Həsənəli bəy adlı oğulları vardı.