. Love.az

Velvelecay - Wikipedia - Love.az

Ana Səhifə - Velvelecay

Vəlvələçay - Quba və Xaçmaz rayonlarından axıb Xəzər dənizinə tökülür.

Vəlvələçay
Ölkə
  •  Azərbaycan
Keçdiyi ərazilər Azərbaycan Azərbaycan
Mənbəyi Böyük Qafqaz
Mənsəbi Xəzər dənizi
Uzunluğu 98 km
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 629 km²
Vəlvələçay (Azərbaycan)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Vəlvələçay Azərbaycanın fiziki xəritəsində:

41°01′21″ şm. e. 48°20′31″ ş. u.HGYO

41°22′55″ şm. e. 49°03′30″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Ümumi məlumat
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Ümumi məlumat

redaktə

Uzunluğu 98 km, hövzəsinin sahəsi 629 km²-dir. Böyük Qafqazın şimal-şərq hissəsindən axan Cimi və Babaçay çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyini Babadağın şimal yamacından (2940 m) alır. İllik axımının 26%-ni yağış, 40%-ni yeraltı və 34%-ni qar suları təşkil edir. Orta illik su sərfi 3,52 kub m/san-dir. Axımın 40%-i yazda, 30%-i yayda, 20%-i payızda, 10%-i isə qışda keçir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 150-300 mq/l minerallaşmaya malikdir.

Suyunun bir hissəsi Samur-Abşeron kanalına axıdılır. Üstündə SES və su qovşağı tikilmişdir, suvarma işlərində istifadə edilir.

Həmçinin bax

redaktə
  • Azərbaycan çayları

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  Vikianbarda Vəlvələçay ilə əlaqəli mediafayllar var.
  • Vəlvələçay
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vəlvələçay&oldid=7640117"
LOVE.AZ