. Love.az

Vendam - Wikipedia - Love.az

Ana Səhifə - Vendam

Vəndam — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində qəsəbə. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Vəndam kənd inzibati ərazi vahidi tərkibindəki Vəndam kəndinə qəsəbə statusu verilmiş, Vəndam kənd inzibati ərazi vahidi Vəndam qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır.[2]

Vəndam
40°58′53″ şm. e. 47°50′45″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 8.943 nəf. (2009)[1]
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Vəndam xəritədə
Vəndam
Vəndam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
    • 2.1 Tarixi abidələri
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 Təhsil
  • 7 Şəkillər
  • 8 İstinadlar
  • 9 Xarici keçidlər
  • 10 Həmçinin bax

Toponimikası

redaktə

Oykonimin tərkibindəki vən göyrüş ağacının ikinci adıdır. Yerli məlumata görə, bu oykonim "vən (göyrüş) ağacından tikilmiş dam" mənasındadır.[3]

Tarixi

redaktə

Tarixi abidələri

redaktə
  • Qalaüstü yeri — VI–IX əsrlərə aid arxeoloji abidə.[4]
  • Vəndam qalası

Coğrafiyası və iqlimi

redaktə

Qəsəbə rayon mərkəzindən 12 km cənub-şərqdə, Qəbələ-İsmayıllı şose yolunun kənarında, Vəndam çayının sol sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.[4]

Təbiəti mülayimdir. Vəndam qəsəbəsində dağın ətəyində Yeddi gözəl şəlaləsi vardır. Burada yeddi şəlalə olmasa da yeddi mərtəbə vardır. Rayondakı əksər turizm obyektləri də bu qəsəbədə fəaliyyət göstərir. "Duyma" sağlamlıq və istirahət mərkəzi, "Semerana", "7 gözəl pansionatı" ilə məşhurdur.[4]

Əhalisi

redaktə

Qəsəbənin əhalisi 2008-ci ilin əvvəlinə olan məlumata görə 8,5 min nəfərdir.[5] Hal-hazırda 9 min nəfərə yaxın əhalisi var.[4]

  • Polad Həşimov — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycanın Milli Qəhrəmanı.

İqtisadiyyatı

redaktə

Qəsəbədə çox sayda meyvə bağları və taxıl zəmiləri var.[4]

Təhsil

redaktə

Qəsəbədə 3 orta təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan ən böyüyü 1 saylı orta məktəbdir. Vətən uğrunda şəhid olmuş Eldəniz Mehdiyevin adını daşıyan məktəb Bakı-Qəbələ magistral yolunun sol kənarında, qəsəbə mərkəzində yerləşir. Məktəbin 1250 şagirdi, 150 ixtisaslı müəllim heyəti var. Bu qəsəbənin hər il orta məktəb məzunlarından 90 faizi ali təhsil ocaqlarına daxil olur. 20 nəfərdən artıq alimi və bir neçə elmlər doktoru ilə öyünən vəndamlılar ziyalılıq səviyyəsi ilə öndə gedir.[4]

Şəkillər

redaktə
  •  
  •  
  •  
  •  
    Vəndam kəndinin qayalıqları və meşələri

İstinadlar

redaktə
  1. ↑ https://www.stat.gov.az/map/az/05_3/005_3_dem.xls.
  2. ↑ "Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  3. ↑ Vəndam // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  4. ↑ 1 2 3 4 5 6 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  5. ↑ "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Vəndam qəsəbəsi". 2011-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-13.

Xarici keçidlər

redaktə
  • 7 gözəl şəlaləsi

Həmçinin bax

redaktə
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vəndam&oldid=8143613"
LOVE.AZ