. Love.az

Venlik - Wikipedia - Love.az

Ana Səhifə - Venlik

Vənlik — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd.[1]

Vənlik
39°05′ şm. e. 48°29′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 436 (2009) nəfər
Xəritəni göstər/gizlə
Vənlik xəritədə
Vənlik
Vənlik

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 Əhalisi
  • 4 İqtisadiyyatı
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər
  • 7 İstinadlar

Tarixi

redaktə

Gözbulağın cənub-şərqində olan Vənlik kəndi XIX əsrin ikinci yarısında salınmışdır. Əhalinin əsas məşğuliyyəti maldarlıqdır. Ağacan bəy Şirinbəy oğlu adlı bir şəxs tərəfindən salınmış bu kəndin əhalisi demək olar ki, bir ailənin övladlarından əmələ gəlmişdir. 1907-ci ildə vəfat etmiş Ağacan bəy öz vəsiyyətinə görə bu kəndin mərkəzində yerləşən doğma mülkünün həyətində dəfn olunmuşdur. Ailənin digər üzvlərinin məzarları isə Pirhəsən və Ağdaş qəbristanlığındadır.[2]

Toponimikası

redaktə

Fətullaqışlaq çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi vən (göyrüş) sözündən və -lik şək.-sindən ibarət olub, “vən ağacı bitən yer, göyrüşlük” mənasındadır.[3]

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 436 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax

redaktə
  • Cəlilabad rayonu

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ . [1] Arxivləşdirilib 2016-11-17 at the Wayback Machine
  3. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vənlik&oldid=7748418"
LOVE.AZ