. Love.az

Verezet - Wikipedia - Love.az

Ana Səhifə - Verezet

Vərəzət — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Zəyzid kənd inzibati ərazi dairəsində kənd.[1] Kənd dağətəyi ərazidədir. Şəki şəhərinin Gəncəli məhəlləsindən bu kəndə dağ yolu var. Bu yol Vərəzət yolundan çox, Zəyzid yolu kimi tanınır. Şəki şəhərinə yaxın olan Zəyzid əhli dağ yolu ilə gəlib-gediş üçün bu yolu istifadə edərdi. Hətta bu yol üzərində Hacı Həsən bulağı deyilən yer də var. XX əsrin 30-cu illərinə qədər qatır və uzunqulaqlarla yüklənən səbətlər, kisələri dolu zəyzidlilər çox vaxt bu bulaq ətrafında dincəlmək üçün dayanardı. Məhəllə camaatı həmin hissəyə Zəyzid məhlə də deyərdilər. Onların Karvansara bazarına gətirdikləri mallardan da alardılar. Zəyzid yolu boyunca Yellicə dağı və yaylası, Güllü təpə, Calğalıx (tut ağacları olan yer), Bulaqlıq, Hündürdərə, Taxlı dərə kimi yerlər vardır.[2]

Vərəzət
41°10′37″ şm. e. 47°13′49″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 719 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 1.790 nəfər
Xəritəni göstər/gizlə
Vərəzət xəritədə
Vərəzət
Vərəzət

Mündəricat

  • 1 Din
  • 2 Adının etimologiyası
  • 3 Əhalisi
  • 4 Abidələri
  • 5 Xarici keçidlər
  • 6 İstinadlar

Din

redaktə
 
Vərəzət kənd məscidi

Kənddə Vərəzət kənd məscidi dini icması fəaliyyət göstərir[3].

Adının etimologiyası

redaktə

Qiyasəddin Qeybullayev bu kəndin adını fars dilində “təpə, yüksəklik, dik, yoxuş” mənasında olan vərəzət sözü ilə eyniləşdirir. Bu kənd Orta Vərəzət kimi də tanınır. [2]

Əhalisi

redaktə

Kəndin əhalisi 1790 nəfər təşkil edir ki, onun da 920 nəfəri kişi, 870 nəfəri isə qadındır.

Abidələri

redaktə

Bu kənddə son illərdə inşa edilmiş Vərəzət məscidi ilə yanaşı Çələngəz abidə kompleksindəki türk şəhidliyi kəndin tarixi yadigarlarıdır.[2]

Xarici keçidlər

redaktə

Vərəzət kəndi - Albanyolu.az

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. ↑ 1 2 3 Vərəzət kəndi - Albanyolu.az
  3. ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2013-cü ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)
Şəki rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vərəzət&oldid=8129492"
LOVE.AZ