. Love.az

Vesile Zahidova - Wikipedia - Love.az

Ana Səhifə - Vesile Zahidova
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Vəsilə Alı qızı Zahidova (10 mart 1922, Yuxarı Şilyan, Göyçay qəzası – 2 may 2005, Ucar) — Azərbaycan pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1966), SSRİ Ali Sovetinin deputatı.

Vəsilə Zahidova
Doğum tarixi 10 mart 1922(1922-03-10)
Doğum yeri
  • Yuxarı Şilyan, Göyçay qəzası, Azərbaycan SSR
Vəfat tarixi 2 may 2005(2005-05-02) (83 yaşında)
Vəfat yeri
  • Ucar, Ucar rayonu, Azərbaycan
Təhsili
  • Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (–1972)
Fəaliyyəti siyasətçi, pambıqçı
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1966
"Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltifləri
  • 3 İrsi
  • 4 İstinadlar

Həyatı

redaktə

Zahidova Vəsilə 10 mart 1922-ci ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1943–1954-cü illərdə inzibati idarələrdə işləmiş, Boyat kənd sovetinin sədri olmuşdur. 1954-cü ildən 1983-cü ilədək "Sovet Azərbaycanı" kolxozunun sədri işləmişdir. 1960-cı illərdə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.

SSRİ Ali Sovetinin (5, 7, 9-cu çağırış) deputatı olmuşdur.

Təltifləri

redaktə

2 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. 1966-cı ildə "Sosialist Əməyi Qəhrəmanı" fəxri adını almışdır. 2002-ci ildən Prezident təqaüdçüsüdür.

İrsi

redaktə

Ucar şəhəri M. Hüseynzadə küçəsi 21 saylı evdə yaşayıb. Hazırda yaşadığı küçə onun adını daşımaqdadır.

İstinadlar

redaktə
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vəsilə_Zahidova&oldid=8145326"
LOVE.AZ