Vətəndaş Azadlıqları Mərkəzi (ukr. Центр Громадянських Свобод) — Ukrayna hüquqşünası Aleksandra Matviyçukun rəhbərlik etdiyi Ukrayna insan hüquqları təşkilatı.[1] Mərkəzi Kiyevdədir.[2] Bu, 2007-ci ildə[3][4] Ukrayna hökumətinə ölkəni daha demokratikləşdirmək üçün təzyiq göstərmək məqsədilə yaradılmışdır.[5][6] Təşkilat Ales Belyatski və Rusiyanın "Memorial" təşkilatı ilə birlikdə 2022-ci il "Nobel" sülh mükafatına layiq görülmüşdür.[3][7]
Vətəndaş Azadlıqları Mərkəzi | |
---|---|
Центр громадянських свобод | |
![]() | |
Yaranma tarixi | 2007 |
Mərkəzi | |
Sədr | Aleksandra Matviyçuk |
ccl.org.ua | |
![]() |
Təşkilatın nizamnaməsinə görə, təşkilatın tam adı "Vətəndaş Azadlıqları Mərkəzi Vətəndaş Cəmiyyəti Təşkilatı", qısaldılmış adı isə "Vətəndaş Azadlıqları Mərkəzi"dir.[8]
Vətəndaş Azadlıqları Mərkəzi 30 may 2007-ci ildə Ukraynanın Kiyev şəhərində yaradılmışdır.[3][4] Təşkilat Ukraynanı daha demokratik etmək və hüquq-mühafizə orqanları və məhkəmə sistemi üzərində ictimai nəzarəti təkmilləşdirmək məqsədilə qanunvericiliyə düzəlişlər etməklə məşğuldur. Təşkilatın diqqət mərkəzində olan məsələlərdən biri də Ukrayna Cinayət Məcəlləsinin yenilənməsidir.[5]
Təşkilat 2013–2014-cü illərdə, Avromeydan etirazları zamanı aksiyalarda iştirak edən etirazçılara hüquqi dəstək vermək və o vaxtkı prezident Viktor Yanukoviçin təhlükəsizlik qüvvələri tərəfindən edilən qanunsuzluq hallarını müşahidə etmək üçün "Avromeydan SOS" layihəsinə başlamışdı.[6]
2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından və Donbassda müharibənin başlamasından sonra təşkilat Krımda siyasi təqibləri və Rusiyanın dəstəklədiyi separatçı Luqansk Xalq Respublikası ilə Donetsk Xalq Respublikasının nəzarət etdiyi ərazilərdə cinayətləri sənədləşdirməyə başlamışdır.[9] Təşkilat həmçinin, Rusiyada, Rusiyanın ilhaq etdiyi Krımda və Donbasda qanunsuz həbsdə olan insanların azad edilməsi üçün beynəlxalq kampaniyalara başlamışdır.[5][10]
2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra Vətəndaş Azadlıqları Mərkəzi də müharibə zamanı Rusiyanın hərbi cinayətlərini sənədləşdirməyə başlamışdır.[11] Norveç Nobel Komitəsi 2022-ci ildə təşkilatın "günahkar tərəflərin törətdikləri cinayətlərə görə məsuliyyət daşımasında qabaqcıl rol oynadığını" bildirmişdir.[12]
7 oktyabr 2022-ci ildə Vətəndaş Azadlıqları Mərkəzi Ales Belyatski və Rusiyanın "Memorial" təşkilatı ilə birlikdə 2022-ci il "Nobel" sülh mükafatına layiq görülmüşdür.[3][7] Bu, Ukrayna vətəndaşına və ya təşkilatına təqdim edilən ilk "Nobel" mükafatı idi. 8 oktyabr 2022-ci il mətbuat konfransı zamanı Vətəndaş Azadlıqları Mərkəzinin rəhbəri Aleksandra Matviyçuk etiraf etmişdi ki, nə Ukrayna Prezidenti Vladimir Zelenski, nə də hər hansı digər Ukrayna hökumət rəsmisi Vətəndaş Azadlıqları Mərkəzini "Nobel" mükafatı alması münasibətilə təbrik etməmişdir. Matviyçuk qeyd etmişdir ki, onlar buna cəhd etmiş ola bilərlər, lakin o və həmkarı "yenicə işgüzar səfərdən qayıdırdılar" deyə onlar bunda uğursuz ola bilərdilər.[13]
2022-ci ilin noyabrında Aleksandra Matviyçuk Rusiya Federasiyası tərəfindən uzun müddət davam edən cinayətləri dayandırmağın ən yaxşı yolu kimi ölkələri Ukraynada işğal olunmuş əraziləri azad etmək üçün Ukraynanı silahla təmin etməyə çağırmışdır.[14]