. Love.az

Vezirovlar - Wikipedia - Love.az

Ana Səhifə - Vezirovlar
Bu adın digər istifadə formaları üçün bax: Vəzirovlar (dəqiqləşdirmə).

Vəzirovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Vəzirovlar
Titul Bəy
Əcdadı Mirzə Camal Cavanşir Qarabaği
Qohum soylar Mirzəcamalovlar, Şərifbəyovlar
Mənşəyi Qarabağ, Füzuli, Şuşa
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Qarabağın əksər mahallarında
Mülki fəaliyyəti Vəzir, Naib

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun məşhur nümayəndələri
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Soyun yaranması

redaktə

Soy öz başlanığıcını İbrahimxəlil xan Cavanşir və Mehdiqulu xan Cavanşirin baş vəziri olmuş Mirzə Camal Cavanşir Qarabağidən götürür. Ona qədər həmin soy Cavanşir soyadını daşıyırdı. Vəzirovlar Cavanşir elinin Hacılı camaatına mənsubdurlar. Bu soyadı həm Mirzə Camal bəyin, həm onun qardaşlarının, həm də əmisioğullarının törəmələri daşıyırlar.

İbrahimxəlil xan qaçqınlıqdan dönüb, xanlığa yenidən yiyələnəndən sonra baş vəzir vəzifəsinə divanxana katibi Mirzə Camal bəy Hacılı-Cavanşiri təyin etdi. Bundan sonra 1822-ci ildə xanlıq ləğv edildikdə, Mirzə Camal bəy rus hərbi idarəsi tərəfindən yaradılan məhkəməyə işə keçirildi. O, on səkkiz il məhkəmə sistemində çalışdıqdan sonra qocalığı ilə bağlı, 1840-cı ildə istefaya çıxdı.[1]

Soyun məşhur nümayəndələri

redaktə
  • Mirzə Camal Cavanşir Qarabaği — tarixçi, Qarabağ xanlarının baş vəziri, tarixçi Rzaqulu bəy Vəzirovun atası.
  • Rzaqulu bəy Vəzirov — tarixçi, məmur, Mirzə Camal Cavanşir Qarabağinin oğlu.
  • Fərrux bəy Vəzirov — mühəndis, xeyriyyəçi.
  • Zeynal bəy Vəzirov — məmur, titulyar müşavir, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü.
  • Əbdürrəhim bəy Vəzirov — çar ordusunun mayoru, məmur, zərif.
  • Məşədi Mahmud bəy Vəzirov — şair, II gildiya tacir.
  • Əsəd bəy Vəzir — şair, həkim, Mirzə Camal Cavanşir Qarabağinin qardaşı oğlu.
  • Bəhram bəy Fədai — şair, hüquqşünas.
  • Baxış bəy Səbur — şair.
  • Mirzə Həmid bəy Vəzirov — hüquqşünas, barışdırıcı hakim.
  • Kərim bəy Vəzirov — şair, məmur.
  • Fəridə Vəzirova — azərbaycanlı ədəbiyyatşünas, tənqidçi, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1956), professor (1980), əmək veteranı (1981).
  • Əbdürrəhman Vəzirov — SSRİ və Azərbaycan SSR dövlət və siyasi xadimi, SSRİ diplomatı. Azərbaycan SSR KP MK-nın 13-cü birinci katibi.
  • Süleyman Vəzirov — Azərbaycan SSR-in 1-ci Neft Sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı
  • Aslan bəy Vəzirov — Azərbaycan Xalq Cümhuriyyətinin ilk tələbələrindən biri, professor.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. ↑ "Qarabağ tarixini yazan soylardan biri" (az.). Azadlıq (qəzet). 2 sentyabr 2013. 13 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2022.
  • Ənvər Çingizoğlu. Hacılılar. Bakı, "Soy" dərgisinin özəl nəşri, 2004.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vəzirovlar&oldid=7707022"
LOVE.AZ