. Love.az

Vasaq - Wikipedia - Love.az

Ana Səhifə - Vasaq

Vaşaq (lat. Lynx) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Geniş yayılmış, bəzi yerlərdə adi, lakin antropogen təsir altında sayı azalan həssas növdür.

Vaşaq
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Lavrazioterilər
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Ferae
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Klad:
Yırtıcıkimilər
Dəstə:
Yırtıcılar
Yarımdəstə:
Pişikkimilər
Fəsilə:
Pişiklər
Yarımfəsilə:
Kiçik pişiklər
Cins:
Vaşaq
Beynəlxalq elmi adı
  • Lynx Robert Kerr, 1792[1][2][…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  180581
NCBI  13124
EOL  18767
FW  41058
Vaşaq (Azərbaycan)
Nöqtə
Nöqtə
Nöqtə
Azərbaycanda vaşaqın arealı[3][4]:

Mündəricat

  • 1 Xarici görünüşü
  • 2 Yayılması
  • 3 Yaşayış yerləri və həyat tərzi
  • 4 Sayı
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri
  • 7 Növləri
  • 8 İstinadlar
  • 9 Həmçinin bax

Xarici görünüşü

redaktə

Bədəninin uzunluğu 82-109 sm, quyruğunun uzunluğu 20-24 sm, çəkisi 8-21 kq olur. Ayaqları qüvvətli, nisbətən uzun, pəncələri çox enlidir. Qulaqlarında fırçayabənzər uzun tüklər var. Açıq-sarı, kürən və ya xallı olur.

Yayılması

redaktə

Avropa, Qafqaz, Sibir, Orta Asiya, Uzaq Şərq, Şimali Himalayda yayılmışdır. Azərbaycanda tarixi arealı bütün dağların meşə qurşağını, dağətəyi alçaqdağlı silsilələri, Naxçıvanı və Zuvand yaylasını əhatə edirdı. Meşə sahələrinin azalması nəticəsində bir çox ərazilərdə artıq yoxa çıxmışdır. Son 10 ilin tədqiqatları vaşaqın Hirkan meşələrində, Zəngəzur silsiləsində, Mingəçevir su anbarının ətrafındakı arid landşaftlarda yaşayıb qalmasını müəyyən etmişdir. Kiçik Qafqazın işğaldan azad edilmiş ərazilərində də yayılması güman olunur. Daha stabil və sıx populyasiya Axar-baxar silsiləsində mövcuddur.

Yaşayış yerləri və həyat tərzi

redaktə

Yaşayış yerləri həm meşəli, həm də qayalı çılpaq əraziləri əhatə edir. Ardıc və saqqız ağacları üstünlük təşkil edən seyrək meşəlikdə də rast gəlinir. Qidasını orta və kiçik ölçülü məməlilər (cüyür, köpgər, tur, maral və donuz balaları, dovşan, siçankimilər və s), quşlar (tetra, ular, qırqovul, kəklik və s) təşkil edir. Cütləşmə dövrü fevral-mart aylarına təsadüf edir, 3-3.5 aylıq hamiləlik dövründən sonra 2-3 bala doğurlar.

Sayı

redaktə

Dəqiq sayı məlum deyildir. Çalalarda, ağac köklərinin altında, qayaların dərələrində yuvasını qurur. Balaları böyütmək prosesində dişi və erkək iştirak edirlər. Əsasən dovşan, gəmiricilər və quşları yeyir; bəzən dırnaqlı heyvanlara (cüyür və s.) hücum edir. Çox vaxt gecələr ova çıxır.

Məhdudlaşdırıcı amillər

redaktə

Yaşayış yerlərinin azalması, insan tərəfindən birbaşa təqib olunması və qida obyektlərinin sayının azalmasıdır.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri

redaktə

IUCN siyahısına salınmışdır. Növün yaşayış yerləri Türyançay, Korçay, Zaqatala, İlisu qoruqlarında, Şahdağ, Hirkan, Zəngəzur, Göygöl, Altı-ağac milli parklarında, Zuvand, Ordubad, Qax, Korçay, Qızılca, Şəmkir, Şəki, Qəbələ mühafizə olunur.

Qida bazasının möhkəmləndirilməsi məqsədilə Acınohur düzündə və ətraf ərazilərdə ceyranın, Hirkan Milli Parkında nəcib maralın tarixi arealını bərpa etmək, XMOTƏ-lər arasında ekoloji dəhlizlər təşkil etmək.

Növləri

redaktə
    • Kanada vaşaqı (Lynx canadensis)
    • Adi vaşaq (Lynx lynx)
    • Kürən vaşaq (Lynx rufus)

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 2006.
  2. ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. ↑ http://www.eco.gov.az/milliparklar.php Arxivləşdirilib 2011-09-25 at the Wayback Machine Milli parklar
  4. ↑ http://www.azerbaijan.az/portal/maps/zoogeographic_a.html Arxivləşdirilib 2012-04-30 at the Wayback Machine Zoocoğrafi xəritə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vaşaq&oldid=8124917"
LOVE.AZ