Vaşinqton abidəsi — dünyanın ən yüksək obeliskidir. Uzunluğu 169.35 metrdir. ABŞ-nin Vaşinqton şəhərində yerləşərək şəhərin ən vacib simvollarından birinə çevrilmişdir. Bu abidə ölkənin qurucusu Corc Vaşinqtonun xatirəsinə inşa edilmişdir.
Vaşinqton abidəsi | |
---|---|
Washington Monument | |
![]() | |
![]() | |
38°53′22″ şm. e. 77°02′06″ q. u.HGYO | |
Ölkə | |
Yerləşir | Vaşinqton[1][3][…] |
Tikilmə tarixi | 1848 |
Hündürlüyü | 169,046 ± 0,001 m[4] |
Material | mərmər, Qneys, qranit, Jadeit, beton, alüminium, Əhəng daşı, mis, Çuqun, polad |
Rəsmi sayt | nps.gov/wamo/index.htm |
![]() |
Abidə, Misir obeliskinə oxşar şəkildə 1840-cı illərdə Robert Mills adlı bir memar tərəfindən tərtib edilmişdir, inşasına 1844-ci ildə başlanmışdır; 6 ildən sonra inşası dayandırılmış və uzun bir fasilədən sonra inşası 1885 ildə başa çatmış və rəsmi açılışı 9 oktyabr 1888-ci ildə baş tutmuşdur.
Mərmərdən hazırlanmış obelisk, tamamlandığı zaman dünyanın ən yüksək tikilis idi. O, bu adı Köln kafedralından götürmüş və 1889-cu ildə Eyfel qülləsi tikilənə qədər daşımışdır.
Abidənin inşası zamanı hər bir dövlətdən və dünyanın müxtəlif yerlərindən 193 xatirə daşları daxili divarlara qoyulmuşdur.[5] Abidədə 1854-cü ildə ABŞ və Osmanlı dövlətlərinin dostluğunun rəmzi olaraq qoyulmuş bir Osmanlı dilində kitabə də mövcuddur; Üzərində Zivər Əfəndinin bir beyti yazılmışdır.[6]
Vikianbarda Vaşinqton abidəsi ilə əlaqəli mediafayllar var. |