. Love.az

Vadokaycin - Wikipedia - Love.az

Ana Səhifə - Vadokaycin

Vadokayçin (和同開珎?), Vado-kayçin və ya Vado-kayho – ən qədim rəsmi yapon sikkəsi və pulu. İmperatriça Qenmeyin əmri ilə 29 avqust 708-ci ildə[1] zərb olunmağa başlamışdır.[2][3][4]

Gümüş Vadokayçin (和同開珎) sikkəsi, VIII əsr, Yaponiya. Yaponiya Valyuta Muzeyi.
Mis Vadokayçin sikkəsi.
Çin Kayqentsuho sikkəsi (開元通寶), ilk dəfə 621-ci ildə Çanqanda zərb olunub, Vadokayçin üçün model təşkil edib.

Mündəricat

  • 1 Haqqında
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat
  • 5 Xarici keçidlər

Haqqında

redaktə

Ortasında kvadratşəkilli dəlik olan bu metal pul 958-ci ilə kimi tədavüldə olmuşdur.[5] Bu, cunizeni bə ya koço cunisen adlandırılan sikkə seriyasının birincisi idi.[6]

"Vadokayçin" sözü sikkənin üzərində yazılan 4 kancinin transliterasiyadır. "Vado" dövr adı ilə yanaşı, "xoşbəxtlik" mənasını verir. "Kayçin" isə "valyuta" deməkdir. Bu sikkələr Çinin Tan sülaləsi tərəfindən buraxılan və ilk dəfə 621-ci ildə Çanqanda zərb olunan "Kayqentsuho" (çin. 開元通宝) adlı sikkədən ilham alınaraq hazırlanmışdı. Vadokayçin bu Çin sikkəsi ilə eyni xüsusiyyətləri daşıyırdı: diametri 2,4 santimetr, çəkisi 3,75 qram təşkil edirdi.[7]

Həmçinin bax

redaktə
  • Ryo
  • Vado (dövr)

İstinadlar

redaktə
  1. ↑ Traditional Japanese date 10 August according to Shoku Nihongi
  2. ↑ Titsingh, Isaac, Annales des empereurs du Japon (French), 1834, 63–5, 2016-12-06 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-09-11.
  3. ↑ Brown, Delmer et al. (1979). Gukanshō, p. 271,
  4. ↑ Varley, H. Paul. (1980). Jinnō Shōtōki. p. 140.
  5. ↑ Nussbaum, Louis-Frédéric, Wadō-kaihō // Japan encyclopedia, 2005, səh. 1024; n.b., Authority File, Deutsche Nationalbibliothek, 2012-05-24 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2018-09-11.
  6. ↑ Nussbaum, p. 539.
  7. ↑ Japan Currency Museum (日本貨幣博物館) permanent exhibit.

Ədəbiyyat

redaktə
  • Brown, Delmer M. and Ichirō Ishida, eds. (1979). Gukanshō: The Future and the Past. Berkeley: University of California Press. ISBN 978-0-520-03460-0; OCLC 251325323
  • Ponsonby-Fane, Richard. (1959). The Imperial House of Japan. Kyoto: Ponsonby Memorial Society. OCLC 194887
  • Nussbaum, Louis-Frédéric and Käthe Roth. (2005). Japan encyclopedia. Cambridge: Harvard University Press. ISBN 978-0-674-01753-5; OCLC 58053128
  • Titsingh, Isaac. (1834). Annales des empereurs du Japon (Nihon Odai Ichiran). Paris: Royal Asiatic Society, Oriental Translation Fund of Great Britain and Ireland. OCLC 5850691
  • Varley, H. Paul. (1980). A Chronicle of Gods and Sovereigns: Jinnō Shōtōki of Kitabatake Chikafusa. New York: Columbia University Press. ISBN 978-0-231-04940-5; OCLC 6042764

Xarici keçidlər

redaktə
  • Vadokayçin Yaponiya Zərb Muzeyindən. Arxivləşdirilib 2007-05-10 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vadokayçin&oldid=7066791"
LOVE.AZ